Dost zərbəsi, müəmmalı qətl, süquta aparan ölüm backend

Dost zərbəsi, müəmmalı qətl, süquta aparan ölüm 

Tarix dünya dövlətlərinin liderlərinə qarşı sui-qəsd cəhdlərinə şahidlik edib. Bəzən bu addımlar ölümlə nəticələnmiş, bəzən isə uğursuzluqlara düçar olub. Hadisələr yalnız siyasi mənzərələri dəyişdirməklə qalmır, eyni zamanda, öz dövrünün münaqişələrinin, ideologiyalarının və mübarizələrinin güclü simvolları kimi karakterizə olunur.

Bu yazıda bir neçə tarixi şəxsiyyətə qarşı baş vermiş sui-qəsd cəhdləri və onların tarixi nəticələri haqda məlumat verəcəyik.

Dostu tərəfindən öldürülən lider

Tarixdə ən yaddaqalan sui-qəsdlərdən biri də Yuli Sezarın adı ilə bağlıdır. Eramızdan əvvəl 44-cü ildə baş verən hadisə dövrünün siyasi tarixində yeni səhifənin açılmasına səbəb oldu. Sezar Romada hökm sürən narazılıqdan xəbərdar idi. O bildirdi ki, bu, nə vaxtsa kütləvi hal alacaq. Ona görə də Yuli rəqiblərini hansı yolla aradan götürəcəyini planlamışdır. Belə ki, o, narazılığın qarşısını almaq üçün bir sıra islahatlar həyata keçirmək istəyirdi. Eyni zamanda Senatı toplayaraq onlara sərbəst danışmaq, hətta onu tənqid etmək imkanı vermək niyyətində idi. Sezar həmişə olduğu kimi, ona qarşı çıxanları bu yolla tanımaq və aradan götürməyi planlayırdı. Lakin hər şey gözlənildiyi kimi olmadı. Senatda müzakirələr zamanı mübahisə yarandır. Göz qırpımında senatorlardan bəziləri xəncərini qınından çıxararaq Sezara hücum etdilər və onu öldürdülər. Sui-qəsdçilər arasında onun ən yaxın dostu Brut da var idi. Yuli Sezarın ölümü Qədim Romada respublika dövrünün başa çatmasına səbəb oldu. Daha sonra isə Roma imperiyası yaradıldı.

Ssenaridən “kənara çıxan” aktyor

Dünya siyasi qətl tarixinə əlavə olunacaq sui-qəsd hadisələrindən biri də Abraham Linkoln öldürülməsidir. ABŞ Prezidenti 1865-ci il aprelin 14-də “Amerikalı qardaşoğlu” tamaşasını izləmək üçün teatra daxil olur. Linkolnu düşündürən bir çox məsələ var idi. Ölkənin şimalı ilə cənubu arasında olan düşmənçilik hələ də davam edirdi. Məlumat üçün qeyd edək ki, 1846-cı ildə Linkolnun Konqresə üzv seçilməsi onun siyasi karyerasının əsasını qoydu. Bundan sonra qarşısına çıxan bütün fürsətlədən yetərincə yararlanmış və bunun sayəsində də, sürətlə irəliləyə bilmişdi. Quldarlığa qarşı çıxması isə onun şöhrətini yerli əhali arasında daha da artırmışdır.

İlk əvvəllər Respublikaçılar Partiyası o qədər də tanınmamışdı. Lakin yeni qurulmuş partiyanın sürətli şəkildə inkişaf etdiyini görən Linkoln bunu gələcəyi üçün çox böyük bir fürsət kimi qiymətləndirmişdi. Partiya sıralarına daxil olduqdan sonar isə o, siyasi sferada mühüm irəliləyişlər əldə edə bilib. 1860-cı ildə prezidentliyə namizədliyi irəli sürülmüş və qələbə qazanmağı bacarmışdı. O ikinci dəfə prezident seçildikdən sonra rəqibləri aparılan siyasəti bəyənməmişdi. Baş berən fikir ayrılıqları və ölkədəki bölünmə sonra Prezidentin ölümünə səbəb olur. Tamaşa zalında Con Vilkes Bots adlı aktıyor birdən-birə Linkolna yaxınlaşaraq cibindən çıxardığı silahla onu güllələyir. Nəticədə prezident həlak olur. Beləliklə, Linkolnun “Yenidənqurma vizyonu” dayandırıldı və bu, Amerika tarixində çətin bir dövrə səbəb oldu.

I Dünya müharibəsinə səbəb ölüm

Alman hərbi-siyasi dairələri Böyük Britaniya, Fransa və Rusiyanı zəiflətmək, onların müstəmləkələrinin bir hissəsini ələ keçirməklə yanaşı, yeni müstəmləkələr əldə etmək niyyətində idilər. Müttəfiqi Avstriya-Macarıstan imperiyası isə Balkan yarımadasında öz nüfuzunu genişləndirməyə və yeni ərazilər işğal etməyə çalışırdı. Böyük Britaniya müharibə yolu ilə Almaniyanı zəiflətmək, onun müstəmləkələrinin bir hissəsini ələ keçirmək, Osmanlı imperiyasını bölüşdürmək ümidində idi. Fransa itirilmiş Elzas və Lotaringiya vilayətlərini geri almaq və Reyn vilayətinin bir hissəsini ələ keçirmək istəyirdi. Rusiya isə Balkan yarımadasında, Bosfor və Dardanel boğazlarında öz hökmranlığını yaratmağa, həm də Almaniyanı iqtisadi cəhətdən zəiflətməyə çalışırdı. 1914-cü il iyunun 28-də Avstriya-Macarıstan taxt-tacının vəliəhdi Frans Ferdinandın serb millətçisi Qavrila Prinsip tərəfindən öldürülməsi müharibənin başlanması üçün bəhanə oldu. Avstriya-Macarıstan Serbiyaya ultimatum verib qatilin təslim edilməsini istədi. Rədd cavabı aldığı üçün Serbiyaya müharibə elan etdi. Bu zaman Almaniya Serbiyanı müdafiə edən Rusiyaya müharibə elan etdi. Az sonra Fransaya müharibə elan edən Almaniya Belçikaya qoşun yeritdi. Bu, İngiltərənin Almaniyaya qarşı müharibəyə başlaması ilə nəticələndi. Yaponiya da Almaniyaya qarşı müharibə elan edərək onun Uzaq Şərqdəki torpaqlarını tutmağa və Çini itaət altına almağa başladı. Göründüyü kimi, Ferdinandın ölümü dünya tarixinə qanlı hərflərlə yazılmış müharibənin başlamasına səbəb oldu.

Müəmmalı qətl

35-ci ABŞ prezidenti Con Kennedi 1963-cü il 22 noyabrda sui-qəsd nəticəsində öldürülür. Belə ki, Kennedi xanımı Jaklinlə prezident kortejində Elm-Stritdən keçərkən tüfəng atəşindən ölümcül yaralanır və elə həmin gün vəfat edir. Qətli rəhbəri ABŞ Ali Məhkəməsinin sədri Erl Uerron olan xüsusi komissiya tərəfindən on ay ərzində araşdırılır və komissiya qətlin Li Harvi Osvaldın tək planlaşdırdığı və yerinə yetirdiyi nəticəsinə gəlir. Lakin indiyə qədər bu cinayətlə bağlı çoxlu versiyalar və fikirlər gəzib-dolaşır. Kennedinin Texasa səfər edəcəyi hələ 5 iyuldan bəlli idi. Bu səfər 1964-cü il prezident seçkilərinə hazırlıq kampaniyası üçün nəzərdə tutulmuşdu. Səfər üçün xüsusi olaraq Texas qubernatoru Con Konalli özü məşğul olurdu. Amerika Məxfi Xidmət Orqanları hazırladığı prezident kortejinin marşrutu 19 noyabrda Dallas qəzetlərində dərc edilir. Kortejin çatacağı son dayanacaq Dallas sərgi mərkəzi olacaqdı. Burada böyük ziyafət keçirilməsi planlaşdırılırdı. Bu məqam bir çox sualların yaranmasına səbəb olub. Ölüm təsadüfi idi, yoxsa planın arxasında hər hansı qüvvələr dayanıb.

Məlik Məlikov,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*