Dövlət bağçalarında optimallaşdırma prosesi həyata keçirilirbackend

Dövlət bağçalarında optimallaşdırma prosesi həyata keçirilir

Dövlət məktəbəqədər təhsil müəssisələrində optimallaşdırma prosesi həyata keçirilir.

KONKRET.az xəbər verir ki, bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Məktəbəqədər təhsilin təşkili şöbəsinin müdiri İlahə Rəsulova keçirilən brifinqdə deyib.

Onun sözlərinə görə, növbəsi olmayan və boş qruplar bağlanır, əvəzində ehtiyac olan bağçalarda əlavə qruplar yaradılır:

“İlkin mərhələdə bu tədbirlər nəticəsində əlavə olaraq 448 uşaq təhsilə cəlb olunub. İkinci mərhələdə isə daha 500 uşağın cəlbi proqnozlaşdırılır”.

Şöbə müdiri qeyd edib ki, bağça infrastrukturunun inkişaf etdirilməsi də diqqət mərkəzində saxlanılır:

“Bağçaların Elm və Təhsil Nazirliyinin tabeliyinə verildiyi dövrdən indiyədək 14 yeni bağça istifadəyə verilib, 3 müəssisə əsaslı təmir olunub. 2025-2026-cı tədris ilində isə daha 11 yeni bağçanın fəaliyyətəbaşlaması planlaşdırılır”.

İ.Rəsulova əlavə edib ki, yeni tədris ilində ölkə üzrə məktəbəqədər təhsilmüəssisələrinə qəbul üçün proqnozlaşdırılan uşaq sayı 58 min 500 nəfərdir:

“Bağçalara qeydiyyatın başlandığı 18 iyuldan indiyədək 32 min 381 uşağın qəbul olunması ilə bağlı valideynlərə sms göndərilib”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*