“Dövlət kimə deyir ki, kəmər taxma, səni cərimələyim?” – Yollarda yeni cihazlar, yeni cərimələrbackend

“Dövlət kimə deyir ki, kəmər taxma, səni cərimələyim?” - Yollarda yeni cihazlar, yeni cərimələr

Rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov sektorda qanunvericiliyin təkmilləşdirilməsinə dair keçirilən brifinqdə bildirib ki, İriqabaritli və ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən qabarit, çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərinə dair tələbin pozulması hallarının müəyyən edilməsi məqsədilə bu parametrləri ölçən texniki vasitələrin ümumi istifadədə olan avtomobil yollarında 31 yerdə 51 ədəd olaraq quraşdırılması nəzərdə tutulub.

Bəs avtomobil yollarında quraşdırılan elektron tərəzilərin sayının artmasının hansı müsbət və mənfi təsirləri olacaq?

Mövzu ilə bağlı KONKRET.az-ın suallarını cavablandıran nəqliyyat eksperti Elməddin Muradlı hesab edir ki, burada yanaşma yalnız cərimələrlə bağlı deyil:

Sürücülərimiz nəzarət olmayan yerdə ölümə getməkdən çəkinmir - Elməddin  Muradlı - Avtosfer.az

“Bəzi insanlar deyir ki, dövlət ancaq cərimələyir. Dövlət nə edir, sənə? Dövlət deyir normal yük daşı, cərimələnmə. Dövlət məcbur yük vurur maşınına ki, apar daşı, səni cərimələsinlər? Kimi məcbur edirlər? Dövlət kimə deyir ki, kəmər taxma, sükan arxasında telefonla danış, sürət həddini aş, sənə cərimə yazaq? Vətəndaş bunu özü edir. Eləmə, cərimələnmə. Adama deyirlər, normal yük daşı. Normadan artıq yük daşımanın fəsadları var”.

Ekspert normadan artıq yükdaşımanın yol infrastruktrunu dağıtdığını xatırladıb:

“Normadan artıq yük yol infrastrukturunu dağıdır, yolları bərbad vəziyyətə salır. Dövlət hər il milyonlarla vəsait xərcləyib yol düzəldir, artıq yük daşıyanlar hər yükdə 50, 100 manat pul qazanacaq deyə, yolu dağıdırlar, ağır yük nəqliyyat vasitələrinin də tez bir zamanda sıradan çıxmasına səbəb olur. Nəqliyyat vasitəsinin konstruksiyasında nəzərdə tutulan kütlə parametri pozulur. Sıradan çıxan nəqliyyat vasitəsi, köhnə avtomobil ətraf mühiti zərərləyir. İxrac etdiyi zərərli qazların miqdarı daha artıq olur. İnsanlar xəstələnir. Dövlət yenə bu insanların sağlamlığı üçün pul xərcləməli olur, yaxud insanlar özləri sağlamlığına pul xərcləyir. Köhnə avtomobillərin qəza törətmə riski də yüksəkdir. Köhnə avtomobil ilə törədilən qəzalarda ağırlıq dərəcəsi də çox olur”.

Yollarda yeni texnologiyaya əsaslanan elektron tərəzilərin quraşdırılmasına  başlanılıb VİDEO - AZƏRTAC

O bildirib ki, dövlət elektron tərəziləri quraşdırmaqla artıq yüklərin daşınmasına nəzarət həyata keçirir.

“Bu prosesə 2 il bundan əvvəl başlanılıb. Ciddi şəkildə yol polisi də iradə ortaya qoydu ki, artıq yükdaşıma prosesində qayda-qanun yaradılması önəmlidir. Çünki, yükdaşımada qəzaların sayının artması ciddi narahatlıq doğururdu. Sürücülərin özləri öz razılıqlarını bildirirdilər ki, norma daxilində yük daşımaqla öz sağlamlığımıza qovuşmuşuq. Avtomobili normadan artıq yükləyirlər, sürücüdə gərginlik baş verir. Sürücü avtomobili gərgin şəkildə idarə etməli olur. Belə olan halda tez yorulur, yuxuluyur, əsəb sistemi pozulur. Avtomobilin tormoz məsafəsi uzanır, qəfil tormozlar ağır fəsadlara aparıb çıxarır. Norma daxilində yük daşıyanda sürücü bilir ki, nə vaxt tormoz, qaz verilməli, avtomobilə nə zaman texniki qulluq göstərilməlidir. İndi şirkətlər, fərdi sahibkar kimi fəaliyyət göstərən sürücülər fikirləşir ki, daha çox pul qazana bilərdilər. Həyatda hər şeyi pul ilə ölçmək olmaz axı. Bu baxımdan elektron tərəzilərin quraşdırılması önəmlidir”.

Nəqliyyat eksperti Aslan Əsədov isə bildirib ki, daxili nəzarət üçün quraşdırılmasına start verilən elektron tərəzilərin təsiri xüsusən ağır tonajlı inşaat materailları daşıyan şəxslərin maya dəyərinə olacaq:

Bakının tıxac məsələsi "çözüldü"- » Faktmedia - Xəbəri faktlarla təqdim  edirik!

“Tərəzilərə tətbiq olunacaq çəki, 1-2 oxa görə olan qadağalar, cərimələr gələcəkdə bölgələr üzrə daşınan yüklərin maya dəyərinə təsir edəcək. Çünki hər bir qiymətləndirmədə maya dəyəri əsas götürülür”.

Aygün Mirakif

KONRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*