Dövlət komitəsindən dizel və benzinlə bağlı VACİB MƏLUMATbackend

Dövlət komitəsindən dizel və benzinlə bağlı VACİB MƏLUMAT

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda neft məhsullarının istehsalı sahəsində istehsalın ümumi dəyəri 3 913,4 mln. manat olmaqla, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 2,8 faiz artıb.

KONKRET.az xəbər verir ki, Dövlət Statistika Komitəsindən  verilən məlumata görə, neft məhsullarından mazut istehsalı 5,2 dəfə, ağ neft istehsalı 12%, sürtkü yağları istehsalı 10,3%, neft bitumu istehsalı 7,1%, dizel yanacağın isə 1,1% artıb.

Məlumata görə, hesabat dövrü ölkədə avtomobil benzini istehsalı 0,9%, neft koksu istehsalı isə 10,8% azalıb.

Neft məhsullarının istehsalı sahəsində istehsal edilmiş əsas məhsullar:

 

 

Məhsul növləri

2024-cü ilin yanvar-sentyabr aylarında

istehsal edilmişdir

Əvvəlki ilin müvafiq dövrünə

nisbətən, faizlə

01.10.2024-cü

il vəziyyətinə hazır məhsul ehtiyatı

Avtomobil benzini, min ton 1070,5 99,1 3,5
Ağ neft, min ton 492,9 112,0 41,2
Qazoyllar (dizel yanacağı), min ton 1752,9 101,1 182,0
Mazut, min ton 26,9 5,2 d. 1,2

 

Sürtkü yağları, min ton 49,4 110,3 6,8
Maye qazlar, min ton 151,4 84,6 1,7
Neft koksu; neft bitumu və neft məhsullarının digər qrupları,

min ton

 

869,1

 

105,0

 

55,2

ondan:      
neft bitumu, min ton 211,9 107,1 14,8
neft koksu, min ton 157,0 89,2 39,3

Milli.Az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*