Dövlət qurumları regionlara köçürülür? – “Gürcüstan bunu çoxdan edib, biz hələ fikirləşirik”backend

Dövlət qurumları regionlara köçürülür? - “Gürcüstan bunu çoxdan edib, biz hələ fikirləşirik”

İllərdir, ali təhsil müəssisələrinin və bir sıra dövlət qurumlarının paytaxtdan kənara köçürülməsi müzakirə olunur. Bəzi ekspertlər hesab edir ki, bu, Bakıda sıxlığın qarşısını ala bilər. Yeni tədris ilinin başlamasına sayılı günlər qaldığı bir vaxtda mövzu yenidən aktuallaşıb.

Maraqlıdır, universitetlərin və bəzi idarələrin paytaxtdan çıxarılması Bakının nəqliyyat yükünü azalda bilərmi? Hökumətin belə bir varianta gedəcəyi nə qədər real görünür?

Mövzu ilə bağlı KONKRET.az-a danışan iqtisadçı Natiq Cəfərli köçürülmənin vacibliyini vurğulayıb:

“Belə bir təkliflə ilk dəfə 2012-ci ildə REAL Hərəkatı çıxış edib. O vaxt biz proqram xarakterli sənədlərlə çıxış edərək dövlət qurumlarının regionlara köçürülməsinin vacibliyini vurğulamışdıq. Biz bunu ictimai müzakirəyə çıxardıq, diskusiyalar indi də davam edir. Amma bu istiqamətdə konkret addımlar atılmayıb”.

Natiq Cəfərli Gürcüstan nümunəsini xatırladaraq bu təklifin nə qədər doğru həll yolu olduğunu vurğulayıb:

“Uzağa getməyək, qonşu Gürcüstanı misal götürək. Parlamentin Kutaisiyə, bəzi dövlət və hökumət təşkilatlarının isə Batumiyə köçürülməsi paytaxt Tbilisinin yükünü əhəmiyyətli şəkildə azaltdı. Türkiyə nümunəsinə baxaq, paytaxtın Ankara olmasına baxmayaraq, bir çox qurumlar İstanbulda yerləşir”.

Ekspert bəzi dövlət qurumlarının Bakıda olmasını əhəmiyyətsiz hesab edir:

“Bəzi dövlət və hökumət orqanlarının Bakıda yerləşməsinin əhəmiyyəi yoxdur. Konstitusiya, həmçinin Ali Məhkəmə və ya Kənd Təsərrüfatı Nazirliyinin Bakı şəhərində yerləşməsinin önəmi nədir? Belə idarələri regionlara köçürmək mümkündür. Universitetlərə gəldikdə isə, bu, daha çox infrastruktur məsələsidir. İşğaldan azad edilmiş ərazilərdə, o cümlədə Xankəndidə Qarabağ Universiteti fəaliyyətə başlayacaq. Digər təhsil müəssisələrini də bura köçürmək mümkündür. Bu həm də məskunlaşmanın təbii yolla artımına səbəb olacaq. Hazırda köç prosesi çox ləng gedir”.

Nəqliyyat məsələləri üzrə ekspert Aslan Əsədov da Bakıda sıxlığın aradan qaldırılması üçün köçürülmənin vacib olduğunu qeyd etdi:

Baş planın hazırlanması çox uğurlu addımdır -Aslan Əsədov | Informator  informasiya portalı

“Hər il olduğu kimi, bu il də təhsil müəssisələrinin regionlara köçürülməsi gündəmə gəlib və müzakirə olunur. İndi bunu reallaşdırmağa mane olan amil yoxdur, ərazilərimiz işğaldan azad olunub. Bu ildən Qarabağda universitet fəaliyyətə başlayacaq, bunu.digər rayonlarda da reallaşdırmaq olar. Həmçinin bəzi dövlət qurumlarının da Bakıdan kənarda yerləşdirilməsi mümkündür. Texnologiya inkişaf edib, indi prosesləri uzaq məsafədən idarə etmək olar. Ancaq bir məqamı da nəzərə alaq ki, dövlət qurumlarının rayonlara köçürülməsi psixoloji yüklənmənin qarşısını alsa da, bunun sıxlığın aradan qaldıracağına inanmıram”.

Məlik Məlikov,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*