Dövlət Xidməti: “Azərbaycana kiberhücumların sayı arta bilər”backend

Dövlət Xidməti: "Azərbaycana kiberhücumların sayı arta bilər"

Azərbaycana kiberhücumların sayının artması gözlənilən haldır və qeydə alınan tendensiyalar bunu göstərir.

KONKRET.az xəbər verir ki, bunu Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin idarə rəisi Tural Məmmədov bildirib.

Onun sözlərinə görə, bu ilin sonuna qədər kritik infrastrukturla bağlı siyahı hazırlanaraq Nazirlər Kabinetinə təqdim ediləcək: “3 il ərzində kritik infrastrukturla bağlı tədqiqatlar aparılacaq. Daha dəqiq seçim üçün bu, önəmlidir. Siyahıın hazırlanması ciddi ölçmə məsələlərinə görə gecikir. Amma il sonuna qədər sənəd hökumətə təsdiq üçün göndəriləcək”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*