Döyüşə onlar gedə bilər – İnanılmaz yenilikbackend

Döyüşə onlar gedə bilər – İnanılmaz yenilik

“Tesla”nın rəhbəri İlon Mask yaxın illərdə “Optimus” adlı insanabənzər robotlardan ibarət “ordu” yaratmağı planlaşdırır. Gələn ilin sonuna qədər istehsalına başlanması gözlənilən bu robotların gələcəkdə hərbi məqsədlərlə istifadə olunacağı da istisna edilmir. Son vaxtlar ABŞ, Rusiya və Avropa arasında artan gərginlik fonunda “insansız ordu” anlayışı artıq reallığa çevrilə bilər.

Robotlardan ibarət ordu yaradılması nə dərəcədə mümkündür?

KONKRET.az xəbər verir ki, globalinfo.az-a danışan hərbi ekspert Ədalət Verdiyev deyib ki, robotlardan ibarət orduların yaradılması yeni ideya deyil:

“1994-cü ildən başlayaraq əvvəlcə ABŞ-da, sonra Böyük Britaniyada robotların döyüşlərdə istifadəsinə həsr olunmuş çoxsaylı şoular və bir neçə serial nümayiş etdirilib. Ardınca “Robotların müharibəsi” adlı bədii film də çəkilib və burada 2041-ci ildə dünya ordularında robotların döyüşdüyü göstərilib. Bu, o dövr üçün fantastik görünə bilərdi, amma hipotetik olaraq mümkündür və indiki inkişaflar da bunu təsdiqləyir. Onsuz da müxtəlif sahələrdə – mina təmizləmədən fərdi şəxslərin zərərsizləşdirilməsinə, izlənilməyə və döyüş sahəsindən yaralıların çıxarılmasına qədər robotlardan istifadə olunur. Məsələn, Azərbaycanın “Improtex” şirkəti döyüş sahəsində mina təmizləmək üçün həm tank, həm də piyada əleyhinə dronlar istehsal edib və onlardan Ukraynaya da ixrac olunub. Eyni şirkət yaralıları döyüş meydanından çıxaran dronlar da istifadəyə verib və onların ixracı barədə qeyri-rəsmi məlumatlar mövcuddur”.

Ekspert qeyd edib ki, robotlardan ibarət ordu yaradılması mümkündür:

“Bütün vəzifələri əvəz etməsə də, ordunun yerinə yetirdiyi bir çox funksiyaları robotlar və süni intellekt vasitəsilə həyata keçirmək tamamilə realdır. Məsələn, Türkiyənin STM şirkətinin istehsal etdiyi zərbə tipli pilotsuz uçan aparatların bəzi modelləri avtonom şəkildə düşməni izləyib zərərsizləşdirə bilir. Bu nümunələr göstərir ki, dronlar və robotların ordularda istifadəsi gələcəkdə daha da genişlənəcək”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*