Döyüşün 2-ci mərhələsi başlayacaq, Naxçıvandan İrəvanın vurulması… – Zülfüqarov AÇIQLADIbackend

Döyüşün 2-ci mərhələsi başlayacaq, Naxçıvandan İrəvanın vurulması… - Zülfüqarov AÇIQLADI

“Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını bu məsələyə qatmağa çalışacaq, çünki Azərbaycanla təkbətək döyüşlərdə məğlubiyyətdən başqa şansları yoxdur”.

KONKRET.az xəbər verir ki, bu fikirləri Azərbaycanın keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov deyib.

Sabiq diplomat Ermənistan və Azərbaycan arasında döyüşlərin ikinci mərhələsinin başlayacağını istisna etməyib:

“İkinci döyüş mərhələsinə, yəni iki ölkənin bütün sərhəd boyu genişmiqyaslı əməliyyatlar mərhələsinə hazır olmalıyıq. Dünən yazdığım “Ermənistanın Gəncəyə raket zərbəsinə cavab olaraq, Naxçıvandan İrəvandakı Müdafiə Nazirliyinin binasına zərbə vurulmalıdır” fikrim bəyənilməklə yanaşı, KTMT-nin buna reaksiyası ilə bağlı suallar da verildi. Bu məsələlərlə əlaqədar bir neçə məqamı qeyd etmək istərdim.

Birincisi, Ermənistan KTMT-ni bu məsələyə qatmağa çalışacaq, çünki Azərbaycanla təkbətək döyüşlərdə məğlubiyyətdən başqa şansları yoxdur.

İkincisi, Rusiya silahlı qüvvələrinin birbaşa müdaxiləsi və ya şərti təmas xəttində vəziyyətin dondurulmasına imkan verəcək.

Üçüncüsü, KTMT nizamnaməsinə görə, Silahlı Qüvvələrin istifadəsinə dair qərar müzakirə prosedurundan sonra verilir. Bu prosedurun “gizli şəkildə” aparılması ermənilərin mənafeyinə uyğundur, çünki heç bir iştirakçı ölkənin ictimaiyyəti ermənilərin məntiqsiz fikirləri üçün əsgərlərinin ölümünü qəbul etməyəcək.

Dördüncüsü, bu səbəbdən Azərbaycan ilk növbədə yalnız Rusiyada deyil, digər ölkələrdə də media məkanında bu məsələnin ictimai müzakirəsinə başlamalıdır.

Beşincisi, belə bir müzakirəyə başlamağımızın səbəbi Azərbaycan Prezidentinin ayrı-ayrı dövlətlərin başçılarına mövcud vəziyyətlə bağlı mövqeyimizi əks etdirən açıq mesajı ola bilər.

Altıncısı, ermənilərin təxribatlarına cavab olaraq, obyektiv nəzarət məlumatları təqdim edərək, düşmən atıcılarının yerləşdirilməsi və sahələri barədə ictimaiyyətə məlumat verilməlidir.

Yeddincisi, hər iki dövlətin ərazisindəki döyüş əməliyyatları zonasının genişləndirilməsi düşmən qüvvələrinin parçalanmasını təmin edəcək ki, bu da onu ordumuzun hücum istiqamətlərinə cəmləşmə imkanından məhrum edəcək”.

  • Telman
    Oktyabr 12, 2020 - 23:19

    Halal olsun.çox doğru aďdimdir. Çünki ermeni alçaqlari dede baba torpaqlarımız olan Irəvan. Göyçə. Zəngəzur torpaqlarimizdan bizi çixartdirib Qarabağımızda 30 ildir Anna onadirlar.Indi onlarin layiqli cavabıni Cenab diplomatimiz çox doğru tehlil edib.Bununla da ermeniler.diasporları ve axmaq siyasetlerini ebedi quyulanacaq hökm olacaqdır.

    • Sima
      Oktyabr 13, 2020 - 01:14

      Görek bu işlərin axırı hara gedir

  • Emin
    Oktyabr 13, 2020 - 00:18

    Çox əla fikirdi destekleyirik

  • Emin
    Oktyabr 13, 2020 - 00:19

    Əla fikirdi.kas bascilarda bu fikirə əməl edeler

  • Emil
    Oktyabr 13, 2020 - 14:22

    Çox gözəl taktikadır əlbəttə ki onların qərargahı məhv edilməsi Ermənistan ordusunda çaxnaşma yaradacaq. Və onların təslim olmaqdan başqa yolları qalmayacaq

  • Füzuli Verdi
    Oktyabr 13, 2020 - 15:01

    1.Düşmən torpaqlarımızdan rədd olunmamış yalnız cəsədlərinin yığışdırılması və tərksilah getmələri üçün fasilə ola bilər, 2.Gorusdan Meğriyə və İran sərhəddində olan Zəngəzur dəhlizini alaraq Naxçıvanla ermənisi quru yolu yaratmaq. 3.Sülh danışıqlarında heç bir erməni muxtariyyəti məsələsi qaldırılmalı, 4. 1987-88 illərdə qaçqın edilmiş azərbaycanlıların Ermənistana dönməsi təmin edilməli, 5.Ermənistan Türkiyə ilə soyqırım-filan olmadığı, Türkiyəyə hər-hansı bir tələbin olmadığı barədə müqavilə bağlanmalı, 6. Lori vilayəti Gürcüstana qaytarılmalı. Bax, 6 şərt belə olar.

  • Rəşad
    Oktyabr 14, 2020 - 13:55

    Keçmiş xarici işlər naziri Tofiq müəllimin vurğuladığı kimi Ermənistanın qurduğu saxta diplomatiya darmadağın edilməlidir.Heç bir diplomatımız buna göz yummamalıdır.Mənim deməyə çox sözüm var.Azərbaycan ordusu böyük olduğu üçün ermənilər bizim ordumuzdan qorxub dinc sakinləri mülki obyektləri qanunsuz raketlərlə atəşə tutublar. Biz öz torpaqlarımızda döyüşürük.QARABAĞ BİZİMDİR QARABAĞ AZƏRBAYCANDIR!

  • Aqil
    Oktyabr 15, 2020 - 13:34

    Təkcə , Qarabağ və 7 rayony işğaldan azad etməklə kifayətlənməməliyik, Qazax,Tovuz,Ağstafa rayonlarınında işğalda olan kəndlər geri alınmali və Zəngəzur mahalı ,İrəvan xanlığı barəsində iddialarımızı ortaya qoymalıyıq.Fürsət düşmüşkən Gürcüstan ictimayyətini də duyuq salmaq üçün təbliğat aparmalıyıq.Çünki qucaq düşkünü olan ermənilərə sahib çıxan hüç bir dövlət olmayacaq.

Emin üçün bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*