Dron hücumlarına görə axtarışda olan ukraynalı türk ölkəsinə qaçdıbackend

Dron hücumlarına görə axtarışda olan ukraynalı türk ölkəsinə qaçdı

Dron hücumlarında iştirakda şübhəli bilinən TIR-ların sahibi ukraynalı Artyom Timofeyev Rusiyanı tərk edərək Qazaxıstana keçib.

KONKRET.az axar.az-a istinadən xəbər verir ki, bu barədə “Maş Teleqram kanalı məlumat yayıb.

Bildirilib ki, Timofeyev həyat yoldaşı Yekaterina ilə birlikdə 28 may tarixində sərhədi keçib. Yekaterina Teleqram kanalında maşından çəkilmiş foto paylaşaraq, “İtimiz və pişiyimizlə birlikdə Astanaya gedirik”, – deyə qeyd edib.

Xatırladaq ki, 1 iyunda Ukrayna Təhlükəsizlik Xidməti Rusiyanın dərinliklərindəki aerodromlara zərbələr endirib. “Hörümçək toru” adlanan bu əməliyyat nəticəsində strateji raket daşıyıcıları da daxil olmaqla, Rusiyanın 41 təyyarəsi məhv edilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*