Dünya çempionatında daha bir komanda – tarixdə ilk dəfəbackend

Dünya çempionatında daha bir komanda - tarixdə ilk dəfə

2026-cı ildə keçiriləcək Dünya Kubokuna daha bir ölkə vəsiqə əldə edib. 

KONKRET.az Offsideplus.az-a istitanadən xəbər verir ki, Asiya üzrə DÇ-2026-nın seçmə mərhələsində Özbəkistan milli komandası Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) yığması ilə 0:0 hesablı heç-heçə edib. A qrupunda son 1 tur qalmış xallarının sayını 18-ə çatdıran özbəklər tarixdə ilk dəfə Dünya Kubokunda iştirak hüququ qazanıblar.

Bununla da, 2026-cı il 11 iyun – 19 iyul arasında baş tutacaq mundialda iştirak edəcək klubların sayı 8-ə çatıb. Turnirdə ev sahibliyi edəcək ABŞ, Meksika və Kanada yığmaları birbaşa ev sahibləri olaraq qatılacaqlar. Vəsiqəni təmin edən digər komandalar isə Yaponiya, Yeni Zelandiya, İran və Argentinadır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*