Dron-kamikadze Moskva magistralına hücum edib.
KONKRET.az xəbər verir ki, bu barədə Rusiya KİV-ləri məlumat yayıb.
Bildirilir ki, Rusiyanın Kaluqa vilayətində kamikadze pilotsuz uçan aparat Moskva Böyük Halqa magistralına hücum edib.
Ötən gecə Kaluqa vilayətinin Jukovski rayonunun Tarutino kəndi yaxınlığında (Moskvadan təxminən 100 km aralıda) Moskva Böyük Halqasının 380-ci km-də pilotsuz təyyarə düşüb.
Hadisə yerinə gələn mütəxəssislər yolda alüminium qalıqları, həmçinin səpələnmiş ağac budaqları və torpaq aşkar ediblər.
Zərərçəkənlər barədə məlumat yoxdur.
Xuraman Etibarlı,
KONKRET.az