Xəbər verdiyimiz kimi, DSX-nin kursantı Nəbiyev Telman Elman oğlunun intihar edib.
KONKRET.az hadisə ilə bağlı Baş Prokurorluğa sorğu ünvanlayıb.
Baş Prokurorluğun Mətbuat Xidmətindən sorğuya cavab olaraq bildirilib ki, DSX Akademiyasının kursantı 2003-cü il təvəllüdlü Nəbiyev Telman Elman oğlunun 17 noyabr 2021-ci il tarixdə intihar etməsi faktına görə Bakı Hərbi Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci maddəsi ilə cinayət işi başlanıb və hazırda istintaq aparılır.