DTX əməliyyat keçirdi: Dövlətə xəyanət edən tutuldubackend

DTX əməliyyat keçirdi: Dövlətə xəyanət edən tutuldu

Azərbaycan vətəndaşı İsmiyev Elnur Tahir oğlu dövlətə xəyanət ittihamı ilə həbs olunub.

KONKRET.az xəbər verir ki, Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) İstintaq Baş İdarəsi tərəfindən cinayət məsuliyyətinə cəlb edilib.

E.İsmiyevə qarşı Azərbaycan Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə yekun ittiham elan olunub.

İş üzrə toplanmış materiallar baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

İyunun 30-da cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.

Hakimlərin qərarı ilə proses qapalı rejimdə aparılıb. Tərəflərdən əldə etdiyimiz məlumata görə, hazırlıq iclasında mahiyyətə uyğun olaraq anket məlumatları dəqiqləşdirilib. İlkin istintaq zamanı hər hansı prosessual pozuntu aşkar edilmədiyindən iş məhkəmə baxışına verilib.

Qeyd edək ki, ittiham sübuta yetirilərsə, E.İsmiyevi 12 ildən 20 ilədək və ya ömürlük azadlıqdan məhrumetmə cəzası gözləyir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*