Dua ilə imtahandan keçmək istəyən ABİTURİYENT: Günahkar kimdir, valideyn yoxsa cəmiyyət? – AÇIQLAMAbackend

Dua ilə imtahandan keçmək istəyən ABİTURİYENT: Günahkar kimdir, valideyn yoxsa cəmiyyət? – AÇIQLAMA

Ali məktəbə qəbul olmaq hər bir abituriyentin və onun valideyninin ən böyük arzusudur. Lakin bəzi hallarda valideynlər bu arzunu reallaşdırmaq üçün müxtəlif vasitələrə əl atır. Məsələn, bu yaxınlarda keçirilən qəbul imtahanında abituriyentin cibindən dua yazılmış kağız və dini əşya aşkarlanıb. Bəs görəsən, valideynlərin imtahan verən şagirdə belə bir dua yazdırması nədən irəli gəlir? Ümumiyyətlə müasir dövürdə insanlar niyə belə vasitələrə əl atırlar?

Mövzu ilə bağlı KONKRET.az-a danışan təhsil eksperti Qoşqar Məhərrəmov bildirib ki, bütün bunlar valideynlərin cəhalətindən irəli gəlir:  “21-ci əsrdə Google sistemindən istifadə edə bilməyən insanlar var. Onlar internetdə tapa biləcəyi ən sadə məlumat üçün falçı yanına gedib, kitab açdırır. Təəssüf ki, heç bir elmi açıqlaması olmayan üsullardan istifadə edən valideynlər də az deyil. Xurafatın qarşısının alınması üçün kiçik yaşlardan maarifləndimə işləri aparılmalıdır. KİV insanlara ailə-məişət konfliktlərini göstərmək əvəzinə belə hallara diqqət çəkməlidir. İnsan məlumatlı olarsa belə lazımsız işlərə vaxt ayırmaz. Həmin insanlar fikirləşir ki, övladının cibində hansısa dua yaxud daş olarsa, o imtahanda daha çox uğur qazanacaq. Bütün bunlar kökündən yanlışdır və uşağın təhsilinə mənfi təsir edir”.

Şagirdin müəllim tərəfindən vurulmağı qeyri-peşəkarlığın nəticəsidir"

Ekspert bildirib ki, cəhalətdən sui-istifadə edib pul qazananların və bunun qurbanına çevrilənlərin sayı təəssüf ki, az deyil: “Halbuki, həmin insanlar etiqadlı şəxslərdir. Lakin onların inandığı dinin müqəddəs kitabı olan Quranda da deyilir ki, hər şey insanın əməyindən, zəhmətindən, səyindən asılıdır. Zənnə qapılmaq olmaz. Lakin bu insanlar imtahanda uğur qazanmaq üçün daha kəsə yollar fikirləşib övladlarına təlqin edirlər. Zəhmətsiz qazanılan uğur qalıcı deyil və suyun üzərindəki köpüyə bənzəyir. Uşaqlara belə şeylər öyrətməkdənsə onları dərs oxumağa, zəhmətə səsləmək lazımdır. İmtahana üzərində yazı olan hər hansı bir vasitənin gətirilməsi qəbuledilən hal deyil. Abituriyent qəti halda hər hansı yazı olan dua ilə imtahana girə bilməz. İmtahan vaxtı belə bir kağız aşkar edilərsə o imtahandan xaric olunur. Bu isə imtahn verən şagirdə edilə biləcək ən böyük pislikdir”.

Şəbnəm Mehdizadə,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*