Dubaydan İrəvana qayıdan sərnişinlər “FlyOne Armenia” şirkətini məhkəməyə verməyə hazırlaşır.
KONKRET.az xəbər verir ki, bu barədə erməni mediası məlumat yayıb. Bildirilir ki, “FlyOne Armenia” təyyarəsi ilə Dubaydan İrəvana qayıtmaq istəyən sərnişinlər ona qarşı iddia qaldırmağa hazırlaşır.
Əri Dubayda olan və İrəvana qayıda bilməyən Ermənistan vətəndaşı Şuşan Sayadyan erməni mediasına bildirib ki, hazırda Ermənistandadır. O, “Air Arabia” təyyarəsi ilə evə qayıdıb.
Onun sözlərinə görə, şirkət onlara pulu qaytarmayıb.
“Bizimlə heç kim əlaqə saxlamayıb. Şirkət özü heç bir izahat verməyib. Zəng edib təyyarənin harada olduğunu soruşdum, cavab verdilər ki, İrandadır. Soruşuram ki, Dubayda nə olacaq, cavab verirlər ki, narahat olmayın, tezliklə olacaq. Mənim sualıma cavab verirlər ki, biz heç bir məsuliyyət daşımırıq”, – Sayadyan bildirib.
Qadının sözlərinə görə, sərnişinləri uzun müddət Dubay hava limanından buraxmayıblar.
Sayadyan şirkətə qarşı hansı əsasla iddia qaldıracaqlarından da danışıb.
“Mayın 7-də guya yemək paylamaları, sərnişinlərin rahatlığını təmin etmələri yalandır. Sonuncu hal isə sərnişinlərin hava limanını tərk etmələri üçün onların Dubay hava limanına belə ötürülməməsi, eləcə də biletlərimizə görə kompensasiya məsələsi ilə bağlı idi. Bütün bunları əsas götürüb məhkəməyə verəcəyik. Sizi inandırıram ki, şirkət işçiləri bizimlə çox kobud danışdılar, bizi dinləmədən telefonu qapatdılar”, – deyə erməni qadın bildirib.
Xatırladaq ki, mayın 11-də Dubayın aviasiya rəhbərliyi Yerevan-Dubay reysini yerinə yetirən “FlyOne Armenia” aviaşirkətinin təyyarəsinin Dubayda enişini qadağan edib və təyyarə Ermənistana qayıdıb. Ananyanın sözlərinə görə, aviadaşıyıcıda uçuşlar üçün bütün icazələr və lazımi sənədlər olub.
Xuraman Etibarlı,
KONKRET.az