Polşa hələ fevral ayında Paris konfransı zamanı NATO-ya üzv ölkələrə Ukrayna səmasında raketlərin vurulması təklifi ilə çıxış edib.
KONKRET.az xəbər verir ki, bunu respublika prezidenti Anjey Duda deyib.
Onun sözlərinə görə, daha sonra Varşava Ukrayna ərazisi üzərində raketlər NATO-ya doğru uçarkən alyansın öz ölkələrinin ərazisini qoruması məsələsini qaldırıb.
Duda qeyd edib ki, hava hücumundan müdafiə batareyaları və bu raketləri vuracaq təyyarələr alyansın üzvü olan ölkələrin ərazisində olmalıdır. O hesab edir ki, NATO-nun bu cür hərəkətləri qanuni olardı.
Duda bunu ukraynalı həmkarı Volodimir Zelenski və Litvanın baş naziri İnqrida Simonyte ilə Kiyevdə keçirdiyi birgə mətbuat konfransında deyib.
Aysu İbrahimova,
KONKRET.az