Dünən qaytarılan erməni əsirlərdən daha biri həbs edildibackend

Dünən qaytarılan erməni əsirlərdən daha biri həbs edildi

Dünən qaytarılan əsirlərdən daha biri həbs edilib.

KONKRET.az-ın erməni mətbuatna istinadla verdiyi xəbərə görə, ötən gün Azərbaycanda əsirlikdən qayıdan 5 hərbçidən biri açılmış cinayət işi çərçivəsində saxlanılıb.

Təcridxanadan məlumatı təsdiqləyib və bildiriblər ki, Arman X.açatryan Cinayət Məcəlləsinin 3-cü hissəsi ilə saxlanılıb – ER Cinayət Məcəlləsinin 365-ci maddəsi (ağır nəticələrə səbəb olan hərbi xidmət və ya hərbi xidmət qaydalarının pozulması).

Dünən evə qayıdan daha 4 hərbçi cinayət işi çərçivəsində dindirilib.

Xatırladaq ki, dünən Macarıstanın vasitəçiliyi ilə noyabrın 16-da Ermənistan Respublikasının suveren ərazisindən əsir götürülmüş 5 hərbçi Azərbaycandan geri qaytarılıb.

Xuraman Etibarlı, 

KONKRET.az

  • Elmar Məhərrəmov
    Dekabr 30, 2021 - 20:03

    Yazılarınızda həmişə diqqətli olun: Azərbaycan “Ermənistan Respublikasının suveren ərazisindən” hərbi əsir götürmür!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*