Neftin qiyməti 106 dolları keçdi – YENİLƏNİBbackend

Neftin qiyməti 106 dolları keçdi - YENİLƏNİB

Neftin qiyməti yenidən bahalaşıb.

KONKRET.az xəbər verir ki, Londonun ICE birjasında “Brent” markalı neftin may fyuçerslərinin qiyməti 2014-cü ilin avqustundan bəri ilk dəfə bir barel üçün 106 dolları ötüb.

17:08

Dünya neft bazarında Ukraynada artan gərginliyin də təsirilə qiymət artımı davam edir.

KONKRET.az xəbər verir ki, “Brent” markalı neftin may fyüçersləri 5,2 faiz bahalaşaraq 103,06 dollardan, “WTI” markalı neftin də aprel fyüçersləri 4,19 faiz bahalaşaraq 99,73 dollardan satılıb.

Səhər hərraclarında isə qiymətlər 1 faizədək artmışdı. Hazırda Ukraynadakı müharibəyə görə Rusiyaya qarşı sanksiyaların artması nəticəsində neft tədarükü ilə bağlı şübhələr bazarda əks-səda doğurur.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*