Dünya bazarlarında neft BAHALAŞDIbackend

Dünya bazarlarında neft BAHALAŞDI

Dünya bazarlarında neftin qiyməti artıb. Bahalaşmanı dəstəkləyən əsas amil ABŞ dollarının digər valyutalara nisbətdə ucuzlaşmasıdır.

KONKRET.az xəbər verir ki, Şimal dənizində hasil olunan “Brent” markalı neftin sentyabr fyuçersləri 0,66 % bahalaşaraq 1 bareli 101,83 ABŞ dollara satılıb. “WTI” markalı neftin sentyabr fyuçerslərinin qiyməti isə 0,45 % artıb və 1 bareli 95 ABŞ dolları təşkil edib.

ABŞ dollarının indeksi 0,16 % düşərək 107,89 bəndə enib. Ucuz ABŞ dolları xammal materiallarını, o cümlədən nefti başqa valyutalarla alış üçün əlçatan edir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*