Dünya görünməmiş doğum nisbəti böhranı ilə üz-üzədir – BMT açıqladıbackend

Dünya görünməmiş doğum nisbəti böhranı ilə üz-üzədir - BMT açıqladı

Birləşmiş Millətlər Təşkilatının Əhali Fondunun (UNFPA) hesabatına görə, bütün planetdə doğuş göstəriciləri kritik səviyyələrə düşüb, dünyada milyonlarla insan iqtisadi və sosial çətinliklər səbəbindən uşaq sahibi ola bilmir.

KONKRET.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, sənəddə doğum səviyyəsinin aşağı düşməsinin əsas səbəbləri maliyyə çətinlikləri və yaşayış minimumunun yüksək olması göstərilir.

Sorğuda iştirak edənlərdən hər beşincisi istədikləri qədər uşaq sahibi ola bilməyəcəyini iddia edir.

Onlar həmçinin qadınlar üçün işlə bərabər uşaq baxımının çətinliyindən, dövlət demoqrafik siyasətinin səmərəsizliyindən, bir sıra ölkələrdə sağlamlıq problemlərindən və siyasi qeyri-sabitlikdən danışıblar.

Hesabatda yaxın 90 ildə dünya əhalisinin təxminən 3,1 milyard nəfər artacağı vurğulanır. Bu, Afrika, Asiya və Latın Amerikasının bəzi  ölkələrində baş verəcək. Avropa və Yaponiyada isə əhalinin sayının 2050-ci ilə qədər azalacağı proqnozlaşdırılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*