“Dünya Kim Çen Inın qızı ilə görünməsi “sürpriz”inin nə demək olduğunu düşünür” – “Politico”backend

"Dünya Kim Çen Inın qızı ilə görünməsi "sürpriz"inin nə demək olduğunu düşünür" - "Politico"

“Dünya Kim Çen Inın qızının ictimaiyyət qarşısında görünməsi “sürpriz”inin nə demək olduğunu düşünür”.

KONKRET.az xəbər verir ki, bu barədə Amerikanın nüfuzlu nəşri “Politico” yazıb. Nəşr bildirir ki, dünya Kim Çen Inın qızının ictimaiyyət qarşısında görünməsi ilə bağlı “sürpriz”in KXDR-in gələcəyi üçün nə demək olduğunu anlamağa çalışır.

Şimali Koreya lideri noyabr ayında qızı ilə dövlət tədbirlərində iki dəfə çıxış edib. Cənubi Koreyalı jurnalistlər qızın adının Kim Çju E olduğunu güman edirlər, onun doqquz yaşı var.

Qəzet qeyd edir ki, ABŞ rəsmilərindən tutmuş Vaşinqton və Seuldakı tanınmış ekspertlərə qədər heç kim bunun nə üçün edildiyinə hələ dəqiq cavab verməyib.

ABŞ-ın Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzinin Koreya Tədqiqatları Departamentinin rəhbəri Viktor Çxa əmindir ki, qızının görünüşü Kim Çen Inın piar kampaniyasının bir hissəsidir. Ekspert xatırladır ki, KXDR lideri hakimiyyətə gəldikdən bir il sonra ilk dəfə həyat yoldaşı Li Sol Çjunu təqdim edib. Daha sonra o, kiçik bacısı Kim Yo Çjonu göstərib.

“Bu onu göstərir ki, Kim ailəsi gələcəkdə də hökuməti idarə etməyə davam edəcək”, – Çxa vurğulayır.

Bununla belə, bəzi ekspertlər belə hesab edirlər ki, Kim Çen In uşaqla ictimaiyyət qarşısına çıxmaqla sadəcə olaraq diqqəti nüvə proqramından və yeni silahların sınaqlarından yayındırmağa çalışır.

Qeyd edək ki, Şimali Koreya lideri Kim Çen In noyabrın 19-da “Hvason-17” qitələrarası raketini sınaqdan keçirərkən qızını ilk dəfə ictimaiyyətə göstərib. Noyabrın 27-də Şimali Koreya lideri və qızı KXDR hərbi sənaye kompleksinin əməkdaşları ilə birgə fotosessiya keçirib.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*