Dünya komediya ulduzu Kersti Elli VƏFAT ETDİbackend

Dünya komediya ulduzu Kersti Elli VƏFAT ETDİ

90-cı illərin komediya ulduzu Kersti Elli xərçəngdən vəfat edib.

KONKRET.az xəbər verir ki, bu barədə BBC məlumat yayıb. Dekabrın 5-də məşhur aktrisa Kersti Elli vəfat edib.

Agentliyin məlumatına görə, aktrisa 71 yaşında xərçəng xəstəliyindən dünyasını dəyişib.

Agentlik övladlarının sözlərindən sitat gətirir: “Bizi kədərlə xəbər veririk ki, bizim əvəzolunmaz, sevimli və mehriban anamız dünyasını dəyişib.

Ailənin açıqlamasında aktrisanın hansı növ xərçəngə tutulduğu qeyd olunmasa da, onun yalnız bu yaxınlarda aşkar edildiyi qeyd olunub.

“O, ekranda nə qədər məşhur olsa da, evdə daha heyrətamiz ana və nənə idi”, – deyə Kerstinin qohumları bildirib.

Qeyd edək ki, Kersti Elli amerikalı aktrisadır. Ən çox “Emmi” və “Qızıl Qlobus” qazandığı “Əyləncəli Şirkət” komediyasında Rebekka Hou rolu ilə məşhurdur.

Aktrisa tamaşaçılara 90-cı illərin “İki: Mən və mənim kölgəm” və “Diş pərisi” kimi məşhur komediyaları ilə tanınır.

O, həmçinin Con Travolta ilə birgə ailə komediyasında çəkildiyi “Hər kəs danışırdı” filmi ilə tanınır.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*