“Mindən çox şirkət Moskva ilə işgüzar əlaqələrini kəsib. Bununla belə, demək olar ki, çoxu orada bizneslə məşğul olmağa davam edir”.
KONKRET.az xəbər verir ki, rus teleqram kanallarının birində vurğulanır ki, Ukraynada müharibə min gündən artıqdır ki, davam edir. Avropa İttifaqı, ABŞ və digər ölkələr Rusiya iqtisadiyyatına zərbə vurmaq üçün yeni sanksiyalar tətbiq edir. Özəl sektor da bu bazarda fəaliyyətini ciddi şəkildə məhdudlaşdırıb, lakin sanksiyalardan yan keçən və ya icazə verilən limitlər çərçivəsində bizneslə məşğul olan və Rusiyanı tərk etmək istəməyən şirkətlər var. Yale Universitetinin siyahısı göstərir ki, bu cür şirkətlər hələ də çoxluq təşkil edir”.
Digər tərəfdən, ekspertlər bazar iqtisadiyyatının belə işlədiyini vurğulayırlar: Resursların mühüm ixracatçısı, eyni zamanda bir çox məhsul və texnologiya idxalçısı olan Rusiya ilə ticarətdən pul qazanmaq istəyənləri heç bir sanksiyalar dayandıra bilməz.
Ekspertlər vurğulayırlar ki, Rusiyanı təcrid etmək cəhdi uğursuzluqla nəticələnib: Rusiyalı iş adamları və dövlət məmurları yeni ticarət yolları və ümumi şəbəkə yarada biliblər.
Günel Mikayılova,
KONKRET.az