Dünyada Çin avtomobillərinə maraq artıb – RƏQƏMLƏRbackend

Dünyada Çin avtomobillərinə maraq artıb - RƏQƏMLƏR

Çin avtomobil istehsalçıları ötən il 3,32 milyon avtomobil ixrac ediblər ki, bu da əvvəlki illə müqayisədə 56,8% çoxdur.

KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Çin Xalq Respublikasının Baş Gömrük İdarəsi məlumat yayıb.

Bildirilib ki, avtomobil ixracının dəyəri illik müqayisədə 74,7% artaraq 60 milyard dollar təşkil edib. Bundan əlavə, Çin keçən il 81 milyard dollar dəyərində avtomobil hissələri ixrac edib ki, bu da 2021-ci illə müqayisədə 7,4% çoxdur.

Qeyd edək ki, Çin son illərdə qlobal avtomobil bazarını fəal şəkildə inkişaf etdirir. Çin 2021-ci ildə xaricə 2,19 milyon avtomobil göndərib ki, bu da bir il əvvəlkindən iki dəfə çoxdur. Keçən il avtomobillərin ixracı 34,5 milyard dollar, ehtiyat hissələrinin ixracı isə 75,6 milyard dollar təşkil edib.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*