Dünyada mövcud olan hərbi qənimət parkları – Araşdırma/Şok fotolarbackend

Dünyada mövcud olan hərbi qənimət parkları – ARAŞDIRMA/ŞOK FOTOLAR

Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin aprelin 12-də Bakıda, 8 Noyabr prospektində yerləşən Hərbi Qənimətlər Parkının açılışını etməsi, daha sonra hərbçilərlə görüşərək onlar qarşısında etdiyi çıxış yumşaq desək, sapı özümüzdən olan baltaların kürkünə əməllicə-başlı birə salıb. Azərbaycan Ordusunun şanlı qələbəsini həzm edə bilməyən bu cür düşmən dəyirmanına su tökən ünsürlər parkda hərbi qənimətlərin sərgilənməsinə etirazlarını bildirirlər. Bu binəvalar anlamırlar ki, istənilən qalib, müzəffər ordunun şanlı müvəffəqiyyətini əks etdirən uğurların gələcək nəslə çatdırılmasını, xalqın motivasiya hissinin, döyüş ruhunun yüksək qalmasını təmin etmək üçün belə addımların atılması zəruridir.

KONKRET.az Teleqraf.com-un dünyada mövcud olan bu cür parklarla bağlı hazırladığı araşdırmanı təqdim edir. Nəticə çıxarmağı isə özlərini “avrosentrist”, pasifist kimi qələmə verən, əslində isə Ermənistanın maraqlarına qulluq edən şəxslərin ixtiyarına buraxır.

Dünyada mövcud olan hərbi qənimət parkları arasında ən önəmli yerlərdən birini Çin Xalq-Azadlıq Ordusunun Muzeyi tutur. Muzeyin böyük bir bölümü məhz ələ keçirilmiş hərbi qənimətlər üçün ayrılıb. Burada Çinin Yaponiya ilə 1937-1945-ci illərdə apardığı müharibədə, 1967-ci il Çin-Hindistan sərhəd münaqişəsində, 1969-cu ildə SSRİ ilə Damansk adası üstündə apardığı silahlı toqquşmada, Koreya müharibəsində, Tibetdə, Tayvanda, Birmada, Vyetnamda apardığı hərbi əməliyyatlarda ələ keçirdiyi hərbi qənimətlər sərgilənir. Muzeyin ən mühüm eksponatı Damansk böhranı zamanı ələ keçirilmiş T-62 markalı sovet tankıdır.

Çin Xalq-Azadlıq Ordusunun Muzeyində sərgilənən, 1969-cu ildə Damansk münaqişəsi zamanı ələ keçirilən 545 nömrəli, T-62 markalı sovet tankı

Burada, həmçinin, ABŞ, İtaliya, Yaponiya istehsalı olan hərbi texnikalara, həmçinin aviasiya nümunələrinə rast gəlmək olar.

ABŞ istehsalı olan olan M24 (Çaffi) yüngül tankı (Light tank M24). Koreya cəbhəsindən ələ keçirilib.

ABŞ istehsalı olan M26 “Perşinq” (M26 Pershing)

İtaliya istehsalı olan CV-33 tanketkası. Yüngül tank.

Yaponiya ilə müharibə zamanı ələ keçirilmiş yapon tankı

Bir zamanlar Yaponiya Hərbi Hava Qüvvələrinin bazasında olan təlim təyyarəsi

 

Çin Xalq-Azadlıq Ordusunun ələ keçirdiyi artilleriya qənimətlərinin bir hissəsi

Böyük Britaniyada isə məşhur İmperiya Müharibə Muzeyi (Imperial War Museum) fəaliyyət göstərir. Burada da müxtəlif hərbi qənimətlər, maketlər və mulajlar sərgilənir.

Britaniya-Argentina münaqişəsində (1982-ci il) argentinalı minaatanı əks etdirən mulaj

Lakin sözsüz ki, indiyədək hərbi qənimətlərin sərgiləndiyi ən məşhur hərbi qənimətlər parkı İkinci Dünya müharibəsi zamanı sovet ordusunun ələ keçirdiyi hərbi qənimətlərin Qorki şəhərində (hazırkı Nijni Novqorod) sərgiləndiyi hərbi qənimətlər parkı olub.

Sovet İttifaqı marşalı Georgi Jukov sovet ordusu tərəfindən qənimət götürülmüş, bir zamanlar Vermaxta məxsus “Tiger” (“Pələng”), yaxud sadəcə T-6 ağır tankına baxış keçirir. 1943-cü il.

 

Alman ağır tankı “Ferdinand”

Sovet ordusunun qənimət götürdüyü alman hərbi təyyarələri. Qorki Hərbi Qənimətlər Parkı

Belarusda darmadağın edilmiş alman qoşunu. 1944-cü ilin yayı

Qırmızı Ordu əsgərləri işğalçı alman ordusundan götürdükləri hərbi qənimətin nədən ibarət olduğunu öyrənirlər. 19 sentyabr 1941-ci il

Alman tankı Qorki Hərbi Qənimətlər Parkına gətirilir

Sovet hərb mütəxəssisləri qənimət götürülmüş alman tankının xüsusiyyətlərini öyrənirlər

Alman faşizmi üzərində qalib gəlmiş Sovet İttifaqının vətəndaşları düşməndən götürülən qənimətlərin sərgiləndiyi Qorki Hərbi Qəmimətlər Parkı ilə tanış olurlar

Və nəhayət… Üçüncü Reyx hərbçilərinin boş qalmış dəbilqələri

  • Azad
    Aprel 20, 2021 - 00:05

    Əla muzeydir! Təşəkkür edirəm həm onun yaradacılarına, həm də Baş Komandana və Ordumuza! Onlar bizə ləyaqətimizi qaytarıblar. Düşmənlər də nə qədər gülünc olsalar, bir o qədər yaxşıdır. “Erməni şirləri”! Və bunun sülhə heç bir dəxli yoxdur! O qədər bu əclaflar bizə əzab veriblər, özü də bunu edəndə, həm də bundan ləzzət alıblar. Qoy yalançı göyərçinlərdən düşmənlərimizə satılmış osmanqızılar danışsınlar. Quya Qərbdə kiməsə bu muzey xoşuna gəlməyib. Gəlməz də. İstədikləri, sevdikləri ermənilərin qəlbinə toxunur axı. Elə yaxşı edir toxunur. Bəlkə bundan sonra adam olarlar.

Azad üçün bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*