Dünyadakı pensiyalar: Azərbaycanla özünüz müqayisə edin – SİYAHIbackend

Dünyadakı pensiyalar: Azərbaycanla özünüz müqayisə edin - SİYAHI

2022-ci ildə Picodi.com analitikləri 44 ölkənin pensiya məbləğlərini müqayisə edib və bu pulun yaşamaq üçün minimal rahatlıq səviyyəsini müqayisə ediblər.

KONKRET.az xəbər verir ki, müqayisədə əsas rəqəm pensiya yaşında olan insanlara dövlət tərəfindən ayrılan təqaüdlər olub. Bəzi ölkələrdə pensiya vergi və sosial məsrəflərdən azaddır. Elə ölkələr də var ki, sığortalar (icbari tibbi sığorta və s.) pensiya məbləğindən çıxılır.

Reytinqin düzgün olması üçün analitiklər netto məbləği hesablayıblar. Yəni pensiyaçının əldə etdiyi real vəsait göstərilib:

İsveçrə 3252.1 AZN

ABŞ 2827.1 AZN

İtaliya 2092.7 AZN

Avstraliya 2089.3 AZN

Almaniya 1887 AZN

Yunanıstan 1666 AZN

Sloveniya 1535.1 AZN

Kanada 1513 AZN

Çexiya 1195.1 AZN

Portuqaliya 1060.8 AZN

Estoniya 1033.6 AZN

Slovakiya 977.5 AZN

Polşa 942 AZN

Litva 787.1 AZN

Macarıstan 787.1 AZN

Çin 776.9 AZN

Argentina 770.1 AZN

Latviya 753.1 AZN

Xorvatiya 719.1 AZN

Rumıniya 715.7 AZN

Meksika 635.8 AZN

Siyahını 2000-4000 AZN civarında pensiya verən Danimarka, Finlandiya, Norveç və İsrail ilə genişləndirmək olar. Lakin dünya pensiya reytinqində ən aşağı pillələrdən birini tutan MDB üzvlərinə keçək. MDB ölkələrindəki pensiya müqayisəsini aparmazdan öncə qeyd edək ki, yuxarıdakı müqayisəni aparan analitiklərin fikrincə, Qazaxıstan Rusiyanı üstələyir. Söhbət 2022-nin fevralında MDB ölkələrində ən yüksək orta pensiya həcmindən gedir:

Qazaxıstan 399.5 AZN

Rusiya 365.5 AZN

Azərbaycan 362.1 AZN

Belarus 323 AZN

Özbəkistan 215.9 AZN

Ermənistan 144.5 AZN

Qırğızıstan 121.55 AZN

Moldova 111.35 AZN

Bəlkə də bu cədvəl qazax analitiklərin hesablamaları olduğundan özləri 1-ci yerdədir. Hər halda Azərbaycan üçlüyü tamamlayıb. Deməli, vəziyyət elə də acınacaqlı deyil. Əsas odur ki, bu gün ölkədə 25 il stajı olan üçün minimum pensiya məbləği 240 manat təşkil edir. Belə deyək, minimum pensiya məbləğində dünya olmasa da, MDB liderlərindənik. Problemi MDB-yə üzvlükdə görənlərlə qismən razıyam. Lakin bir faktı da qeyd edim ki, MDB-dən çıxan Gürcüstan və Ukraynadakı pensiya Azərbaycandakı məbləğdən azdır.

Anar Rəhimov,

KONKRET.az

  • Quliyev Arzu
    Dekabr 6, 2022 - 11:37

    Avropa ərzaq qiymətləri, komunal qiymətlərə baxanda avropadakı pensiya çox aşağıdır. Dəfələrlə Avropada olmuşam çox bahalıqdir. Yaxşı kartof 5 AZN, kələm, 4 AZN, komunallar isə fantastikdir. İnşallah bizdə minimum 500 AZN olsa çox yaxşı olar.

  • Sevinc
    Dekabr 7, 2022 - 07:23

    Bəs qiymətlərlə müqayisədə? Əsas budur.

  • Səid
    Dekabr 7, 2022 - 10:12

    Siz nə danışırsınız? 51 il stajı olan, əmək veteranı, mühəndis atamın pensiyası 310 manatdır. 365 manat pensiyanı hardan uydurublar?! Siz də reklam edirsiniz. 5-10 ildən sonra əhalinin 50%dən çoxu pensiya yox müavinət alacaq. Bundan yazın.

Sevinc üçün bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*