Dünyanı bürüyən yanğın İtaliyaya da KEÇDİbackend

Dünyanı bürüyən yanğın İtaliyaya da KEÇDİ

Dünyada baş verən yanğınlar İtaliyadan da yan keçməyib.

KONKRET.az xəbər verir ki, Romada Aniene çayı yaxınlığında başlayan və çay boyunca yayılan alov nəticəsində sözügedən ərazinin ətrafındakı yaşayış sahələri boşaldılıb.

Artan yanğın səbəbindən təbiətə böyük ziyan dəyib.

Çay ətrafında başlayan yanğın böyüyərək yaşayış sahələrinə doğru irəliləyib. Rayon ərazisindəki mənzillərdə və otellərdə məskunlaşan vətəndaşlar polis və yanğınsöndürmə briqadaları tərəfindən təxliyyə edilib. Səhər saatlarında yanğın baş verən əraziyə gələn bəzi vətəndaşlar dağıntının miqyasından şoka düşüblər.

Rəsmiyyə Şərifova,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*