Fransanın nüfuzlu “Le Monde” qəzeti dünyada 20 ən gözəl şəhərin siyahısını dərc edib.
KONKRET.az xəbər verir ki, siyahıda 7-ci yeri İspaniyanın Araqon vilayətindəki Ueska əyalətinin Riqlos şəhəri tutub.
Əhalisinin sayı 255 nəfər olan Riqlos şəhəri La-Xoyya bölgəsində, Qalyeqos çayının yaxınlığında yerləşir. Bu şəhər qırmızımtıl rəngdə daşdan əmələ gəlmiş qaya kompleksi – hündürlüyü 300 metrə çatan malloslar ilə məşhurdur.