Dünyanın diqqəti Türkiyədə: İstanbulda BÖYÜK GÖRÜŞ BAŞLAYIRbackend

Dünyanın diqqəti Türkiyədə: İstanbulda BÖYÜK GÖRÜŞ BAŞLAYIR

Rusiya və Ukrayna nümayəndələrinin İstanbulda keçiriləcək görüşünə Türkiyənin xarici işlər naziri Hakan Fidan moderatorluq edəcək.

KONKRET.az xəbər verir ki, toplantıda Türkiyə kəşfiyyatının rəhbəri İbrahim Kalında iştirak edəcək.

Bu barədə “TASS” Türkiyə Xarici İşlər Nazirliyindəki mənbəyə istinadən məlumat yayıb.

Danışıqlar Boğaziçi sahilindəki Çırağan sarayında keçiriləcək. Hakan Fidanın açılış nitqi canlı yayımlanacaq.

Artıq Türkiyə Müdafiə Nazirliyinin nümayəndələri saraya gəliblər.

Rusiya nümayəndə heyətinə isə Vladimir Medinski, Mixail Qaluzin, Aleksandr Fomin və İqor Kostyukov daxildir. Ukraynanı Rustem Umerov, Sergey Kislitsa, Aleksandr Poklad və Oleq Luqovskoy təmsil edir.

Ərazini yoxlamaq üçünxüsusi iy bilən itlərdən istifadə edilir. Bütün çıxışçıları diqqətlə izləmək üçün girişdə turniketlər quraşdırılır. Jurnalistlər hələlik tədbirin keçirildiyi əraziyə buraxılmır.

Müşviq Tofiqoğlu

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*