Dünyanın ən böyük mozaika tablosu: “Hişam Sarayı” – FOTOLARbackend

Dünyanın ən böyük mozaika tablosu: "Hişam Sarayı" - FOTOLAR

Fələstinin Yerixo şəhərində Əməvi xəlifəsi Hişam ibn Əbdülməlik tərəfindən inşa edilən “Hişam Sarayı” “Həyat Ağacı” adlandırılan 827 kvadrat metrlik dünyanın ən böyük mozaika rəsmi ilə yerli və xarici turistlərin diqqətini cəlb edir.

KONKRET.az “TRT Haber”ə istinadən xəbər verir ki, UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil olan saray, Roma hamamlarından nümunə götürülmüş döşəmə mozaikaları, eyvanı, məscidi, fəvvarəsi, həyəti və buxarxanası ilə İslam memarlığını əks etdirir.

“Hişam Sarayı”nın hamamının döşəməsindəki rəsm “Həyat ağacı” adlanır.

Rəsmdə ağacın ətrafındakı üç ceyrandan birinin aslan tərəfindən ovlanması, digər ikisinin isə sülh içində həyatlarını davam etdirməsi təsvir edilib.

Mozaikadakı bu təsvirin müharibə və sülhü təmsil etdiyi deyilir.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*