Səyyahlar üçün analitik online xidmət göstərən Big Seven Travel turistlər arasında keçirdiyi sorğuda ən cazibədar miləltin reytinq cədvəlini tərtib edib. Xidmətin rəsmi saytında dərc olunan ən yaxşı 50 millətin siyahısı açıqlanıb.
Bu məqsədlə Big Seven Travel mütəxəssisləri özünün 1,5 milyona malik auditoriyası arasında bir araşdırma aparıb.
Turistlər arasında keçirilən sorğuya görə, Ukrayna qadınları ən cazibədar sayılıblar. “Ukraynalılar çox məftunedicidir. Buna görə də 2019 reytinqində birincidirlər. Bununla kim mübahisə edə bilər? Ukraynalılar arasında çoxsaylı modellər var”,- deyə xidmət administratorları bəyan ediblər.
İkinci yerdə danimarkalılar gəlib. Bir nümunə olaraq Big Seven Travel mütəxəssisləri Danimarka modeli və aktrisa Brigitte Nielsen və Danimarkalı aktyor Viggo Mortenseni göstəriblər.
Filippinlilər isə 3-cü yerdə qərarlaşıblar. Ən seksual ölkələr arasında Braziliya və Avstraliyanın sakinləri də var. Sorğuya görə, ruslar isə 33-cü yerdədir.