Dünyanın ən yaşlı alpinisti vəfat etdibackend

Dünyanın ən yaşlı alpinisti vəfat etdi

Əfsanəvi çinli alpinist Tibet Gonpo 91 yaşında vəfat edib.

KONKRET.az xəbər verir ki, Gonpo 1960-cı il mayın 25-də ilk dəfə Everest zirvəsini fəth edən çinli alpinist qrupunun tərkibində yer alıb.  Bundan sonra Everestə bir neçə dəfə qalxan Gonpo və onun komanda yolfaşları  Çin Xalq Respublikasının qurucusu Mao Tszedunun büstünü zirvəyə qaldırıb və orada ucaldıblar.  Bu günə qədər Gonpo həmin səfərin sonuncu iştirakçısı  idi. Everest Yer kürəsinin ən yüksək zirvəsidir və  hündürlüyü dəniz səviyyəsindən 8848 metr yüksəklikdədir.

Yeri gəlmişkən, hər il Everestə qalxmaq üçün yüzlərlə turist Himalay dağına qalxır. Ancaq onların əksəriyyəri zirvəyə gedib çata bilmir. Oktyabrın əvvəlində Nepalda Daulagiri dağına qalxan beş rusiyalı alpinist qrupu ilə əlaqə kəsilib. Onların cəsədləri daha sonra 7100 metr yüksəklikdə aşkar edilib . Cəsədlərin çıxarılması əməliyyatı əlverişsiz hava şəraiti səbəbindən bir neçə dəfə  təxirə salınıb . Oktyabrın 16-da xilasedicilər alpinistlərin cəsədlərini hadisə yerindən götürə biliblər.

Vəli Həsənoğlu,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*