Ötən yazıların birində dünyanın İsveçrədən idarə olunduğunu demişdik.
Bu dəfə mənzil qərargahı İsveçrənin Sürix şəhərində yerləşən Beynəlxalq Futbol Federasiyasından bəhs edəcəyik (FİFA).
KONKRET.az olaraq FİFA rüşvətxorluğu və mundial ünvanının satışlarından bəhs etmişik.
Demək istəyirik ki, dünya çempionatının Qətərdə keçirilməsi Beynəlxalq Futbol Federasiyasının ilk qanunsuzluğu deyil. Diqqəti 2022-ci il dünya çempionatına Qətərin ev sahibliyi elan edilən 2010-cu ilə çəkmək istərdim. Həmin tədbirin bəzi iştirakçıları:
– Niderland və Belçika baş nazirləri;
– Şahzadə Uilyam, Devid Bekhem;
– Bill Klinton;
Sürixdəki tədbirdə belə güclü fiqurların olmasına rəğmən, qərarı 22 FİFA səlahiyyətlisi verdi. Blatterin 2018 dünya çempionatının Rusiyada keçiriləcəyini elan etməsi tədbir iştirakçılarını sarsıtdı. Bununla da FİFA-ya təzyiqlər başladı. 2015-də bütün federasiyanın istintaqa çəkildiyi əməliyyata start verildi. Əsas səbəb Blatterin 2022-ci il dünya çempionatının Qətərdə keçirilməsini elan etməsi idi. Çünki Qərbin siyasi gücləri Rusiyadan sonrakı mundialın ABŞ-da keçirilməsinə çalışırdılar. Lakin fransızlar Qətərlə bazarlıq etmişdilər. Bütün bunların kökü elə ilk dünya kubokundadır:
– Müasir olimpiya oyunları XIX əsrin sonlarında fransızların təşəbbüsü ilə başlayıb;
– Olimpiya oyunlarından əlavə futbol üzrə dünya çempionatı 1930-a təsadüf edib;
– Uruqvay son iki olimpiadada finalçı olduğundan İspaniya, İtaliya, Niderland, İsveç və Macarıstan Uruqvay təklifini verdi;
– Mundiala ev sahibliyi üçün Uruqvay çempionatdakı qazancının bir hissəsini FİFA-ya ödəyəcəyini söz verdi;
– Elə ilk dünya çempionluğu da Uruqvaya verildi. Argentina isə ikinci oldu;
– Sonrakı çempionatlar Avropa və latın Amerikasında baş tutdu;
– Televizorlar icad olunandan sonra dünya çempionatı qloballaşdı, maraq artdı;
– 60-70-ci illərdə FİFA-ya üzv sayı sürətli çoxaldı və federasiya da gözəl təşkilatlanma istədi;
– 1980-ci illərdə özünə bağlı olan 6 konfederasiya (CONCACAF, CONMEBOL, CAF, AFC, OFC, UEFA) qurdu. Pulları isə 24 nəfər idarə edirdi. Yəni dünya futbolunu 24 nəfər idarə edir və fikir ayrılıqları olsa belə, 13 nəfərin səsi yetərli idi;
– Rüşvətdə adları hallananlar sezildiyindən, FİFA Fransadakı mərkəzini İsveçrəyə köçürtdü;
– 1986-dan sonra oyunlar siyasiləşdirildi. Çempionatın harada keçirilməsi ilə yanaşı, bəzi matçların alqı-satqısı da asanlaşdı.
Rusiya və Qətər mundialları ilə bağlı rüşvət faktları çoxdur. Qətərdəki finalını gözləyən çempionatda isə hakimlər də az iş görmədi. Bəzi komandalar məhz onların sayəsində Doha ilə vidalaşdı.
KONKRET.az-ın Araşdırma Qrupu