Dünyanın pәncәrәsindәki şәklimiz, yaxud dirilәr vә ölülәr üçün eyni olan ruhlar sәltәnәtibackend

Dünyanın pәncәrәsindәki şәklimiz, yaxud dirilәr vә ölülәr üçün eyni olan ruhlar sәltәnәti

Qәdir Süleymanovun ölümünә esse-nekroloq

“Başladi nәslimin yarpaq tökümü…” ( Nazim Hikmәt)

Uşaqlıq dostum, qardaşım, Zaqatalanın Suvagil kәndindә mәktәb-sinif yoldaşım olmuş Qәdirin ölüm xәbәri mәni qәfil yaxaladı; hәrcәnd ki, o xeyli müddәtdәn bәri ağır xәstә idi, bütün gücü ilә xәstәliklә vuruşurdu, özü dә müvәffәqiyyәtlә vuruşurdu. Onun xarakter möhkәmliyinә bәlәd idim, amma indiki anda nümayiş etdirdiyi mәnәvi gücünә, xәstәliyә müqavimәtinә valeh olmuşdum: birinci dәfә komadan cıxanda bir xeyli telefonda danışdıq, zarafatlaşdıq, mәn onu „kәfәni yırtıb“ yenidәn hәyata, dünyamıza qayıtdığına görә xeyli tәriflәdim, onu QӘHRӘMAN adlandırdım; o da bu tәriflәri hәmişәki kimi tәvazökarlıqla, özünә istehza tәrzi ilә qarşılayıb zaqatalalıların, suvagillilәrin lәhcәsindә: „Cox da öyüb şişirtmә mәni, qardaşağa, yoxsa gördün yenә dala-o biri dünyaya qayıtdım“,–dedi mәnә.

Bu son telefon söhbәtimizdәn bir necә hәftә sonra o qәfildәn kecindi -yenidәn o dünyaya getdi, amma bu dәfә, tәәәssüf ki, hәmişәlik. Belә baxanda, yә’ni  onun durumunda olan bir kәsin ölüm tәhlükәsi hәr an, hәr saniyә başının üstündә olduğunu hamımız  duyurduq, bilirdik, amma, amma, amma….onun ölümü yenә dә mәnim ücün vallah gözlәnilmәz oldu! Paradoksdur deyilmi? Bu sirf   da bu, belә olur: yaxin bir insanın ölümü onun yaxınları ücün –bu ölümün necә, hansı şәraitdә, hansı zaman vә mәkan ҫәrҫivәsindә baş vermәsindәn asılı olmayaraq- yenә dә gözlәnilmәz olur. Cünki bizim bütün ümidlәrimiz, qavrayışlarımız ölümә deyil, tam tәbii olaraq diriliyә, hәyata, sag olmaga—sağ qalmağa yönәlib! Bu davranma, bu qavrayış bizim insan olaraq tam tәbii mahiyyәtimizdәdir. Vә buna görә dә biz cox zaman-hәtta günlәr aylar, illәr ötsә dә, yaxın adamımızın ölümünü, yox olmağını tam qavraya bilmirik. Qәdirin qәfil-beqafil ölümü mәni bir daha bu qavrayış paradoksuna, daha dәqiq desәm, reallıq vә tәxәyyül arasındakı kolliziyaya gәtirdi…

Realliq- bu, Nazim Hikmәtin poetik tәrzdә ifadә etdiyi hәmәn sәrt gerҫәklikdir: bizim dә nәslin yarpaq tökümü başlanıb artıq, bunu saxlamaq qeyri-mümkün…

Tәxәyyül demiş…

Onun bu dünya ilә vidalaşdıgı gündən, yox, bu xәbәri aldıgım günden o, demәk olar ki, hәr gecә yuxuma girir: bu yuxularda mәn onunla qabaq-qәnşәr oturub dәrdlәşirәm; aramızda isә bu dünya ilә onun olduğu haqq dünyani ayıran qәribә, güclә sezilәn bir Pәrdә var sanki, amma ikimiz dә bu pәrdәni sanki görmürük, daha doğrusu, bilәrәkdәn saya salmırıq. Bununla biz bizim dünyalarımızın artıq ayrıldığını bir kәnara qoymaq, sәrf-nәzәr etmәk istәyirik, – bunu mәn bütün yuxululuğumla tam sövq-tәbii dәrk edirәm.

Söhbәtimz demәk olar ki, hәmişә bir istiqamәtdә gedir: biz növbә ilә bir- birimizә qarşı nə vaxtsa elәdiyimiz qәlәtlәri, axmaqlıqları, saymazlıqları vә nә bilim daha hanki nәsnәlәri növbә ilә xatırlayır vә soruşuruq: sәn bunu mәnә hәqiqәtәn dә bağışladənmı, ya yox?

Yadındamı, bizim o nağıl kimi uşaqlığımız? Bir mәzәli әhvalatı daha tez-tez xatırlayıram: mәn kasib bir ananın tәkbaşına, böyük әziyyәtlә böyütdüyü, amma mәktәbdә hamıdan yaxşı oxuyan birisi idim, amma sizin dolanışığınız, eviniz kәnddә әn yaxşılarindan idi, sәnin isә oxumaqla heç aran yoxuydu. Buna baxmayaraq, bizim dostluğumuz tuturdu. (Sәnin atan rәhmәtlik Salam dayı kolxozun sәdr müavini olsa da, sadә xasiyyәtli, insanlarin hörmәtini qazanmış birisi idi). Anam mәnә heҫ zaman velosiped ala bilmәmişdi, amma mәn sәnin velosipedini istәdiyim vaxt minb-ҫapırdım.

Bir dәfә mәn sәnin tәzә, qәpqәşәng velosipedini kobud ayı tәntiklikliyi ilә sürüb xarab elәyәndә sәni hirslәndirdim tәbii. Amma bir az keҫәndәn sonra, mәnim yamanca pәrt olduğumu duyanda, yenә güldün hәmәn o daimi fәrәhli gülüşünlә: „Ax sәni, sәndә təqsir yoxdu, sәnә sadəcə bu nәrmәnәzik velosiped deyil, yekә bir köhlәn at gәrәkdir ki, yaxşıca minib-ҫapasan!“, – dedin vә hәr ikimiz sәnin bu zarafatına qәhqәhә ilә güldük. Bu dediyinin hәqiqәt olduğuna sonralar hәr dәfә özüm dә inandım.

Bu günәcәn dağıtdiğım, xarab elәdiyim velosipedlәrin sayını unutdum artiq…  Eyni sözlәri mәnә ilk dәfә avtomobil sürdüyüm zaman onu az qala aşırdığımda hәyat yoldaşım da eynәn demişdi: “Bu maşın sәnin üҫün at deyil ki, baryerdәn hoppanib keҫsin …“

Mәn bu әhvalatları xatırladanda sәn ürәkdәn gülәrdin. Sonra da könlümü alaraq: „Ay qardaşağa, bunların әvәzindә sәn bacardığın o qәdәr şeylәr var ki, bizim heҫ birimiz bunlari bacarmırıq!“-deyәrdin.

…Sonra yenә suallarım: Bәs yadindami, mәn evlәndikdәn sonra neçә illәr–ağır illәr idi gercәkdәn 90-ların әvvәllәri-sәninlә görüşmәyә heҫ imkanım olmadı, daha sonralar da elә olurdu, yenә dә macalsızlıqdan yana sәninlә görüşә bilmirdim…Amma hәr zaman yenidәn  görüşdüyümüzdә, mәn üzr istәyirdim bu macalsızlıga-bu saymazlığa görә sәndәn, sәn isә incisәn belә, bunu hәr dәfә yenә anlaqla qarşılayırdın: „Başa düşürәm, qardaşağa, sәn böyük işlәrin dalıncasan, bizsә burda öz kiҫik dünyamızda oturub gözlәyirik, nә zamansa bizә dә vaxt taparsan ümidi ilә.“

Indi bu yuxulardakı görüşlәrimizdә yenә dә öyrәnmәk istәdim odan: Doğrudanmı o mәni bu sayğısızlıqlara görә ürәkdәn bağışlamışdı? –„Әlbәttә, әlbәttә-deyir- hec şübhәn olmasin buna!“

Yenә yadıma düşür:  üҫümüz birlikdә olanda bәzәn söhbәtlәrimizdә, kiҫik mübahisәlәrimizdә Namidәylә fikirlәriniz bir gәlmәyәndә sәnin deyil, demәk olar ki, hәmişә onun tәrәfini saxladığıma görә sanki mәndәn inciyirdin, yә‘ni özünü guya incimiş kimi göstәrirdin.

Amma sonra yenә dә zarafata salırdin bunu. Bax, heҫ olmasa indi mәnә düzünü de, bir az da olsa, incimisәn mәndәn deyilmi?“,-deyә soruşram ondan.

–„ Yox vallah, yox! Niyә incimәliydim ki, qardaşağa?! Әksinә sevinirdim, qürur duyurdum ki, mәnim hәyat yoldaşım sәnin kimi zәkalı birisi ilә, alimlә eyni sәviyyәdә düşünә bilir, mühakimә yürüdә bilir! Siz ikiniz axı mәndәn savadlı, daha geniş dünyagörüşlüsünüz. Vә siz mәni dә düzgün duymadığım, doğru anlamadığım mәsәlәrdәn agah edirdiniz hәr zaman!,“-deyir. Yenә üzündә  hәmәn tәbәssüm, hәmәn sevinc hissi…

Daha başqa şeylәr dә yadima düşür arada..

Belәcә xatirәlәrә dalır vә on illәr boyu davam edәn dostluğumuzda hәr ikimizlә bağlı hansısa  mәqamlar yadıma düşür vә ondan bu mәqamlar barәdә soruşuram. Mәn soruşduqca o da hey özünәmәxsus tәrzdә gülümsәmәyindәdir: sanki bütün bu suallarım onu sadәcә әylәndirir, fikirlәşirәm ki, mәnim ciddiyyәtlә verdiyim suallarim ona sadәlövh görünür, amma bunu üzә vurmur vә gülümsәmәyindә davam edir. Bu zaman üzündәki işiq mәni cox mütәәssir edir vә onun üzünün o işiği mәnim dә iҫimә  yayilir…tam eyforik bir haldayam…elә onun özü dә. Yә’ni bu qәdәr duyğulu bir vәziyyәtdә hansısa sözlәrә, danışıqlara belә ehtiyac yoxdur; cünki ürәkdәn-ürәyә gedәn yollar tam işıqlı, tam aydın…

Bu ara elә bil suallarım bitir. Amma xeyr,  bir sualım da var axı.

vә sonuncu sualım

„Sәn mәnә onudamı bağışladın ki sәnin dәfnindә olammadım, tabutunu, cәnazәni ҫiynimә ala bilmәdim, dәfn günündәn heҫ xәbәrim belә olmadı!…Sonra da bu Corona-filan, sәfәrә mane olan bütün bu әngәllәr,  ҫәtinliklәr…”

Qәdirin bu sualıma cavabı da gözlәnilәn oldu.

“Ay qardaşağa, sәn ki bilirsən, bunlar hamısı fani dünyaya aid fani şeylәrdir. Yәni ki mәkanca sәnin harda olmağın, mәnim harda olmağım bizim ruhi alәmimiz üҫün heҫ bir rol oynamır, – Zira ruhlarimiz hәr zaman bir yerdәdir, hәtta bizim hәr ikimiz başqa-başqa dünyalarda olsaq da! Yәni ki fani dünyaya aid olan belә tam zahiri şeylәrә görә üzrxahlığa-filana dәymәz. Özün dә bunu mәndәn yaxşı bilirsәn.

Üstәlik dә hәr zaman burda röyalar-ruhlar alәmindә qәşәngcә görüşә bilirik ki! ”

Bu dünyanın pәncәrәsindәki şәklin

Bu ara hәyat yoldaşım sәnin fotoşәkillәrini mәnә göndәrdi,-bunları o özü sizlәrlә son görüşünüzdә cәkmişdi. Burda, bu mәtndә yer alan şәklinә baxanda, hövlnak yadıma bir el bayatısı düşdü yadıma:

Әzizim, baxar gedәr

Su gәlib axar, gedәr.

Bu dünya bir pәncәrәdir,

Hәr gәlәn baxıb gedәr.

Qәdir, qardaşağa, Sәn bu ömür pәncәrәsindәn dünyaya, insanlara hәr zaman fәrәhlә, açıq üzlә vә optimist bir nәzәrlә baxardın…Mәn әminәm ki, bu dünyanın pәncәrәsindә sәnin gülәrüzlü, şәklin, sәnin tәbәssümün qalacaq vә bu şәkil sәni istәyәnlәrin qәlbindәn heҫ vaxt silinmәyәcәk.

Qәbrin nurla dolsun, ey nurlu Insan!

AlLLAH sәnә  qәni-qәni rәhmәt elәsin! Amin.

Dostun Rasim Mirzә

Almaniya, Berlin.

 

  • Cuma
    Sentyabr 21, 2021 - 03:33

    Allahe rəhmət haana

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*