“Teleqram”ın qurucusu Pavel Durovun Fransada həbsindən sonra platformanın populyarlığı artıb.
KONKRET.az xəbər verir ki, İOS cihazlarında “Teleqram”ın bir gündə yüklənməsinin sayı dörd faiz artıb. Avqustun 26-da Fransada “Teleqram App Store”da yükləmədə birinci yeri tutub və ümumi tətbiq reytinqində üçüncü olub.
Ən yaxşı tətbiqlər mağazasının reytinqində (Oyunların daxil olduğu), Messenger ABŞ-da 18-ci yerdən 8-ci yerə yüksəlib.
Bunu AppFigures xidmətinin analitikləri təsdiq ediblər. Xatırladaq ki, “Teleqram”ın qurucusu 24 avqust axşamı Paris hava limanında tutulub. İlkin məlumatlara görə, o, 12 maddədə ittiham olunur. Durovun tutulmasının müddəti çərşənbə gününə qədər uzadılıb.
Rəsmiyyə Şərifova,
KONKRET.az