Durovun tərəfdarları Fransa hökumətinin saytlarına haker hücumu edibbackend

Durovun tərəfdarları Fransa hökumətinin saytlarına haker hücumu edib

Telegram-ın həmtəsisçisi Pavel Durov Fransada saxlanıldıqdan sonra avqustun 25-də Fransanın bir neçə hökumət saytı haker kiberhücumlarına məruz qalıb.

KONKRET.az xəbər verir ki, bu barədə “Le Parisien” qəzeti yazıb.

Nəşr hücumun hədəfləri arasında mövcud qanun və qaydaların dərc olunduğu hökumət saytının, Dərmanların və Tibbi Məhsulların Təhlükəsizliyi üzrə Milli Agentliyin internet saytının, eləcə də digər resursların adlarını çəkib.

Mənbə qeyd edir ki, DDoS hücumları nəticəsində saytlar bazar günü əlçatmaz olub. Hazırda onlardan yalnız bəzilərinə giriş bərpa olunub.

Qəzet iddia edir ki, kiberhücumlar “Durovu dəstəkləyən haker qrupları” tərəfindən həyata keçirilib. Kibertəhlükəsizlik üzrə ekspert Klément Dominqo qəzetə verdiyi şərhdə hücumların yaxın günlərdə daha da güclənəcəyini deyib.

Natiq Səlim,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*