DYP bu sürücüləri mükafatlandırdı – VİDEObackend

DYP bu sürücüləri mükafatlandırdı - VİDEO

Bu gün il ərzində yol hərəkəti qaydalarını pozmayan sürücülər Baş Dövlət Yol Polisi (DYP) tərəfindən mükafatlandırılıb.

KONKRET.az xəbər verir ki, bu barədə Baş DYP İdarəsinin şöbə rəisi Rövşən Tağıyev bildirib.

Sabunçu rayonunun Zabrat qəsəbəsində yerləşən Müayinə Mərkəzində keçirilən tədbirdə nümünəvi sürücü adı qazanan 37 sürücüyə müxtəlif hədiyyələr təqdim edilib.

Tədbirdə 1 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin şagirdləri də iştirak edib və sürücülərə mükafatlar onlar tərəfindən təqdim olunub.

İl ərzində mütəmadi olaraq keçirilən tədbirdə məqsəd sürücüləri qayda pozmamağa təşviq və yollarda təhlükəsizliyi təmin etməkdir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*