DYP-də hay-küy salan şəxs həbs edildi – FOTObackend

DYP-də hay-küy salan şəxs həbs edildi - FOTO

Bakı şəhər Dövlət Yol Polisi İdarəsində səs-küy salaraq maneə yaradan şəxs həbs olunub.

KONKRET.az xəbər verir ki, bu barədə İdarənin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov məlumat verib.

O bildirib ki, vətəndaş Cəbiyev Nurlan Aqil oğlu Dövlət Yol Polisi İdarəsibə gələrək başqa bir sürücünün qayda pozuntusunun araşdırılmasına mane yaradıb. Həmin sürücünün qanunun tələblərini pozmadığını deyərək hay-küy salıb. Eyni zamanda polisinin qanuni tələblərinə tabe olmayıb.

İdarəyə 28-ci polis bölməsinin əməkdaşları dəvət edilib. Həmin şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə protokol tərtib olunub. Toplanmış materiallar aidiyyəti üzrə məhkəməyə təqdim olunub. Məhkəmənin qərarı ilə Cəbiyev Nurlan Aqil oğlu 8 gün müddətində inzibati qaydada həbs edilib./publika.az

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*