“DYP-də vəziyyət dözülməzdir” – “Bu sistemdə də “ASAN xidmət” yaradılmalıdır”backend

"DYP-də vəziyyət dözülməzdir" - "Bu sistemdə də "ASAN xidmət" yaradılmalıdır"

“Azərbaycanda elə sahələr var ki, çox ciddi problemləri var. Ciddi olduğu qədər də dəhşətli. Onlardan biri də Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsidir. Gözü ilə görənlər mənim hansı hislər keçirdiyimi bilər. Bu barədə təfsilatı ilə yazmayacağam. Amma bir-iki məqamı qeyd etməsəm, rahat olmaram”.

KONKRET.az xəbər verir ki, bu barədə jurnalist Fadil Paşayev özünün facebook səhifəsində yazıb.

O daha sonra fikirlərini belə ifadə edib:

“İdarənin rəisi 72 yaşlı Ramiz Zeynalovdur. Onun bir müavini də Afiyəddin müəllimdir. Üzünü görməmişəm. Amma köməkçisi Aydın müəllimi tanıyıram. Daha dəqiq desək, yanına gedib bir məsələ ilə bağlı müraciət etmişəm. Kaş ki, etməyəydim. Yəni burada müraciətlərə elə yanaşırlar ki, söz tapmıram ifadə etməyə.

Əslində tablonu yaratmaq üçün kifayət qədər söz ehtiyatımız var. Sadəcə burada baş verənləri belə açıq şəkildə yazmağa ehtiyac görmürəm. Zatən Azərbaycanda maşını olan hər kəs mənim nəyə eyham vurduğumu anlayır. Mən sadəcə vəziyyətin dözülməz olduğunu vurğulamaq istəyirəm. Vətəndaşa qarşı kobudluq, saymazlıq, qeyd etmək istəmədiyim digər mənfi hallar sadəcə ürək bulandırır.  Elə bil ölkədə gedən proseslərin bu idarəyə və onun məmur polislərinə heç bir aidiyyəti yoxdur.

Mənim polis orqanlarında kifayət qədər dostlarım var. Ölkəmizdə əmin-amanlığın, sabitliyin qorunmasında Daxili İşlər Nazirliyinin, rəhbər heyətin, zabit və sıravi polis əməkdaşlarının gərgin zəhmətinin dəfələrlə şahidinə çevrilmişəm. Ona görə əlim gəlmir, Nazirliyin bir strukturu olan DYP-də baş verənləri təfərrüatları ilə göstərim. Amma belə davam edərsə, təfsilatı ilə yazmalı olacağam.

Mənə elə gəlir, idarənin rəisi Ramiz Zeynalov bu məsələdə ciddi məsuliyyət daşıyır. Doğrudur, Dövlət Yol Polisinin əməkdaşları arasında peşəkar, məsuliyyətli, işinə vicdanla yanaşanlar daha çoxdur. Amma düşünürəm ki, yol polisinin nüfuzuna ən ağır zərbəni elə Baş idarədə oturan bəzi polis məmurları vurur.

Ümid edirəm ki, DYP rəhbərliyində köklü dəyişikliklər olmasa, cəmiyyətdə metastaz verən bu yara sağalmayacaq. Mövzunun üzərində çox dayanmaq həvəsim yoxdur. Amma zaman gəldikcə, fikir və rəylərimi bildirəcəm. DYP-də də “ASAN Xidmət” yaradılmasının vaxtı keçib, hətta çox gecikir…”

KONKRET.az

  • Bəhruz
    Mart 2, 2024 - 01:13

    Oxu atıb yayı gizlədirsən,bu cür yazılar heç kimə gərək deyil, boş -bos yazılarla camaatı məşğul etmə.

    • Qulfiddin
      Mart 2, 2024 - 07:46

      Məqsəd onlardan pul alıb susmaqdır

  • Aqil
    Mart 2, 2024 - 06:04

    Cəsarətin çatmadı deyəsən hər şeyi açıq yazmağa, onda gərək heç bu barədə danışmazdın.

  • Şərif
    Mart 2, 2024 - 07:26

    Nəyə eyham etdiyi məlumdur, sadəcə biraz dəqiqliklə açıqlasaydı, əlbəttə daha yaxşı olardı. BƏLİ, bu gün DYP-də hərcmərcilik tüğyan edir, elə bil başqa bir adaya və ya ölkəyə düşürsən, hansı ki, hökumət orada heçə sayılır, rüşvət baş alıb gedir və s. Ümid idək ki, hökumətimiz bu bəlalara bir əncam çəkər

  • Rashad
    Mart 2, 2024 - 18:13

    Bir balaca cox,yox qanunu bilməsən adama az qala desinlər ki get kreditə gir gəl pul ver işini aşırdax hətda sığorta işlərindədə ağdamnan ruşvət tələb edənlər coxdur

  • Mamed
    Mart 3, 2024 - 09:57

    Hamam hamam içində
    Xəlbir saman içində
    Dəvə dəlləklik edir
    Köhnə haman içiində

  • Cavid
    Mart 6, 2024 - 14:46

    Hamamçının tası yox,
    Tasının baltası yox,
    Orda bir tazı gördüm,
    Onun da xaltası yox.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*