Türkiyəli müğənni Ebru Gündeşin ailə həyatı quracağı iddia olunur.
KONKRET.az Türkiyə KİV-ə istinadən xəbər verir ki, sənətçi iş adamı Murad Özdemirlə eşq yaşamağa başlayıb.
Belə ki, 2022-ci ilin iyulunda Selin Özdemirdən boşanan Murat Özdemirin 2023-cü ilin sonlarına doğru Ebru Gündeşlə görüşməyə başladığı məlum olub.
Cütlüyün tezliklə evlənməyə hazırlaşdığı bildirilir.
Qeyd edək ki, Özdemirin ilk həyat yoldaşından 2, ikinci yoldaşından isə 1 övladı var. Ebru Gündeşin isə 2010-cu ildə evlənib 2021-ci ildə boşandığı Rıza Zərrabdan 1 qızı var.
![](https://qafqazinfo.az/uploads/1708242671/1649063783466.jpg)
![](https://qafqazinfo.az/uploads/1708243200/680159.jpg)
![](https://qafqazinfo.az/uploads/1708243200/ebru-gundesin-kizi-alara-annesine-benzerligiyle-dikkat-cekti-iste-ebru-gundesin-gozlerden-uzak-buyuttugu-kizi-1574580556186.jpg)