Məşhur türkiyəli müğənni Ebru Gündəşin Antalya-Side konsertində səhhəti pisləşib.
KONKRET.az xəbər verir ki, bu barədə “Habertürk” məlumat yayıb.
O, yaranan problem səbəbindən konsertə fasilə verməli olduğunu açıqlayıb.
Kulisə keçən müğənni yenidən səhnəyə qayıda bilməyib.
Qalan 4 mahnı isə vokalçılar tərəfindən ifa olunub.
49 yaşlı müğənninin qan təzyiqində problem olduğu bildirilib.
Qeyd edək ki, bir müddət öncə müğənnin hamiləlik iddiaları yayılmışdı.