Birləşmiş Ərəb Əmirliklərinin hava hücumundan müdafiə qüvvələri Əbu-Dabi üzərində İrandan atıldığı ehtimal edilən raketi məhv edib.
KONKRET.az globalinfo.az-a istinadla xəbər verir ki, bu barədə məlumatı ölkənin rəsmi qurumları yayıb.
Açıqlamaya əsasən, raket şəhərin qərb istiqamətində yerləşən Xəlifə iqtisadi zonası yaxınlığında zərərsizləşdirilib. Hadisə zamanı xəsarət alan olmayıb, yalnız kiçik həcmli maddi zərər qeydə alınıb.