Azərbaycanda bu ərazilər təhlükəlidirbackend

Azərbaycanda bu ərazilər təhlükəlidir

Bakı və ümumilikdə Azərbaycan ərazisində sürüşmə riski olan zonalarla bağlı məsələ son günlər daha çox aktuallıq qazanıb.

Xüsusilə intensiv yağıntılar, torpaq qatının yumşalması və relyef xüsusiyyətləri bəzi ərazilərdə sürüşmə ehtimalını artırır. Bu baxımdan, aidiyyəti qurumlar tərəfindən müəyyən edilmiş sürüşmə zonaları və həmin ərazilərlə bağlı risklərin qiymətləndirilməsi mühüm əhəmiyyət daşıyır.

KONKRET.az xəbər verir ki, Geoloji Kəşfiyyat Agentliyinin idarə heyətinin sədri Əli Əliyev Baku.ws-in sorğusuna cavab olaraq bildirib ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il tarixli 56 nömrəli Qərarına əsasən ölkə ərazisində sürüşmə təhlükəsi olan ərazilər təsbit edilib:

“Aktivliyi ilə seçilən sürüşmə sahələrində aidiyyəti qurumlar tərəfindən müntəzəm monitorinqlər aparılır və vəziyyət nəzarətdə saxlanılır. Sürüşmə prosesləri əsasən Böyük Qafqazın cənub yamaclarında, Şamaxı, İsmayıllı, Quba, Qusar rayonlarında, həmçinin Lənkəran-Astara ərazisində müşahidə olunur.

“Bakıda və Abşeron yarımadasında sürüşmə riskli sahələr Bayıl yamacı, Badamdar, Bibiheybət, Zığ, Əhmədli, Masazır, Qaraçuxur və Nübar zonalarıdır”.

Ə.Əliyev əlavə edib ki, hazırda ölkə ərazisində operativ monitorinqlərə cəlb edilmiş 99 sürüşmə sahəsi mövcuddur.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*