Eduard Şarmazanov: “Azərbaycanla müharibə ehtimalını görmürəm”backend

Eduard Şarmazanov: “Azərbaycanla müharibə ehtimalını görmürəm”

İlham Əliyevlə Vladimir Putinin görüşünün müharibənin başlanmasının həllinə həsr olunması ilə bağlı fikirlər cəfəngiyyatdır.

KONKRET.az xəbər verir ki, bu barədə Respublika partiyasının icra orqanının üzvü Eduard Şarmazanov jurnalistlərlə söhbətində danışıb.

“Oxşar bir şey baş verir: Nikol Paşinyanın səriştəsiz siyasəti nəticəsində Ermənistan geosiyasi və regional oyunçular, dövlətlər arasında çəkişmə və sınaq meydanına çevrilib”, deyə o, qeyd edib.

Şarmazanovun sözlərinə görə, Rusiya regionda onun maraqlarına xidmət edən mühüm oyunçudur və Putinin İlham Əliyevlə görüşü təbiidir:

“Amma o (Putini nəzərdə tutur – red.), Nikolla necə görüşə bilər? Roma Əsasnaməsini ratifikasiya edib öyünürlər ki, gəlsə, həbs olunacaq”.

Şarmazanov bildirib ki, yalnız bərabər gücə malik olan qüvvələr döyüşə bilər:
“Paşinyan Ermənistanı kollektiv Qərbin və Türklərin alətinə çevirdi. Noyabrın 9-da üçtərəfli bəyanatdan sonra o, Şarl Mişel-Ərdoğanın platformasına keçdi və Praqada Qarabağı Azərbaycanın bir hissəsi kimi tanıdı”.

Rəsmiyyə Şərifova,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*