Eduard Şarmazanov: “Siz dediz ki, Makronsuz görüşməyəcəksiniz, Makron isə “atıldı”, Paşinyan!”backend

Eduard Şarmazanov: "Siz dediz ki, Makronsuz görüşməyəcəksiniz, Makron isə “atıldı”, Paşinyan!"

“Siz dediniz ki, Makronsuz görüşməyəcəksiniz, Makron isə “atıldı”, Paşinyan!”.

KONKRET.az xəbər verir ki, bu barədə erməni siyasətçi Eduard Şarmazanov Facebook səhifəsində yazıb.

O, daha sonra qeyd edib:

“Paşinyanın sözlərinin bir qəpiyə dəyməz olduğunu deyəndə, inciyirlər. Nikolun özü bildirib ki, o, Qərbin vasitəçiliyi ilə Əliyevlə yalnız Makron iştirak edəcəyi təqdirdə görüşə hazırdır. İndi biz Brüsseldəki görüşün gündəliyinə baxırıq, amma Makron orada yoxdur. Mişelin ayrıca görüşü və Paşinyan-Mişel-Əliyev formatında üçtərəfli görüşü var. Makron haradadır? Siz dediz ki, Makronsuz görüşməyəcəksiniz, Makron isə “atıldı”, Paşinyan! Sözünüzə hörmət etmirsiniz, başqalarından nə gözləyirsiniz?”, – deyə Şarmazanov yazıb.

Günel Mikayılova,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*