ƏDV-nin qaytarılması ilə bağlı VACİB XƏBƏR: “Ev və ya avtomobil aldıqda…”backend

ƏDV-nin qaytarılması ilə bağlı VACİB XƏBƏR: "Ev və ya avtomobil aldıqda..."

2022-ci ildən etibarən ölkə üzrə yaşayış və qeyri-yaşayış sahələrinin alışı zamanı ödənilən əlavə dəyər vergisinin (ƏDV) bir hissəsinin geri qaytarılması prosesi tətbiq olunur. Mövcud qaydalara əsasən, vətəndaşlar mənzil alarkən ödədikləri ƏDV-nin 30 faizini geri ala bilirlər. Sosial şəbəkələrdə istifadəçilər yeni avtomobil alışı zamanı da ƏDV-nin müəyyən hissəsinin geri qaytarılması təklifini irəli sürürlər.

Bəs belə bir qaydanın avtomobillərə də şamil olunması nə dərəcədə mümkündür? Avtomobil alarkən ƏDV-nin geri qaytarılması vətəndaş hüququ kimi tanınmalıdırmı?

Mövzu ilə bağlı hüquqşünas Tağı Hüseynov KONKRET.az-a açıqlamasında bildirib ki, Azərbaycanda vətəndaşlar arasında ölkədaxili alqı-satqı zamanı ƏDV-nin geri qaytarılması tətbiq olunmur.

Hüquqşünas Tağı Hüseynov: "Qadın corabımı geydirməli, ayaqqabımı  təmizləməlidir" Pravda.az

“Lakin distribyutorlar vasitəsilə (Toyota markalı avtomobil şirkətdən birbaşa alındıqda – red) ƏDV ödənilir. Avtomobil gömrük rəsmiləşdirilməsindən keçdikdən və gömrük möhürü vurulduqdan sonra, alıcı həmin şirkətə müraciət edərək ƏDV-nin geri qaytarılmasını tələb edə bilir”.

Vəkil qeyd edib ki, bu qayda yalnız rəsmi distribyutorlar və hüquqi şəxslər arasında aparılan əməliyyatlara aiddir.

“Vətəndaşlar arasında birbaşa alqı-satqı zamanı isə ƏDV-nin geri qaytarılması mümkün deyil”.

Aynurə İsmayıl

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*