Efirlərə çıxacaq şəxslərin psixikası əvvəlcə mütəxəssislər tərəfindən öyrənilsin – Psixoloqdan TƏKLİFbackend

Efirlərə çıxacaq şəxslərin psixikası əvvəlcə mütəxəssislər tərəfindən öyrənilsin - Psixoloqdan TƏKLİF

 

Famil Səfərov, Azərbaycan Təhsil Psixoloqları İctimai Birliyinin sədri

 

 

Hazırda ölkənin TV ekranlarından hər cür ağılda, mənəvi keyfiyyətdə və psixoloji durumda olan adamlara aparıcı, müəllif, şərhçi, ekspert və s. kimi statuslarda, demək olar ki, hər gün icazəsiz evlərimizə daxil olub, bu və ya digər formada düşüncələrimizə və emosional durumumuza təsir etmək üçün yetərincə geniş imkanlar verilib.

Odur ki, məncə, KİV-lərdə düşündüklərini və mövqelərini birbaşa kütləyə çatdırmaq üçün tribuna verilmiş insanların psixikası əvvəlcə mütəxəssislər tərəfindən dərindən öyrənilməlidir. Çünki onların kütlə psixologiyası ilə manipulyasiya etmək imkanı var və istənilən anda cəmiyyət üçün təhlükə mənbəyinə çevrilə bilərlər.

 

Nəzərinizə çatdırım ki, insanlar həyatlarının müxtəlif dönəmlərində aldıqları psixoloji travmaları, reallaşmamış arzu və istəklərini bütün ömrü boyu şüuraltında özləri ilə daşıyırlar. Bu da istənilən vaxt onların düşüncə və davranışlarına yansıya bilir. Dediklərimə misal olaraq, tarix boyu dünyaya gəlib-getmiş və milyonlarla insanın həyatını məhv etmiş ən böyük tiranların, Teymurləngin, Hitlerin və Stalinin bəşəriyyətin başına gətirdiklərini göstərsək, kifayət edər. Çünki bu tiranların hər üçünün uşaqlıq və gənclik illərində aldıqları ağır psixoloji travmaların sonralar onları bir monstra çevirdiyinin tarix artıq şahidi olub.

Düzdür, hərçənd, haqqında bəhs etdiyimiz adamlar bu miqyasda təhlükəli və ictimai rəyə təsir etmək imkanlarına malik olmasalar da, hər halda, milçəyin də ürək bulandırmaq misalını unutmamalıyıq.

O baxımdan hesab edirəm ki, bu günlərdə Milli Məclis “KİV haqqında” qanuna etdiyi əlavə və dəyişikliklərdə bu məsələlərə də hüquqi don geyindirsəydi, yaxşı olardı.

 

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*