Əfqanıstanda polis idarəsinə hücum: rəis və 14 məmur öldürüldübackend

Əfqanıstanda polis idarəsinə hücum: rəis və 14 məmur öldürüldü

Əfqanıstanın şimal-qərbindəki Faryab vilayətində radikal “Taliban” qruplaşmasının yaraqlılarının hücumu nəticəsində yerli polis rəisi də daxil olmaqla ən azı 14 məmur öldürülüb və daha 37 nəfər əsir götürülüb.

KONKRET.az bildirir ki, bu barədə “Tolo News” telekanalı, vilayət məclis üzvü Nadir Səidiyə istinadən xəbər verir.

“Taliban” Qaysar bölgəsində Polis İdarəsinə şənbə gecəsi hücum edib. Telekanalın məlumatına görə, daha 30-dan çox təhlükəsizlik işçisi və polis “Taliban” tərəfindən mühasirəyə alınıb.

Dəstək gəlməsə, onların da əsir götürüləcəyi qeyd olunur.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*