Əfsanəvi məşqçi öldübackend

Əfsanəvi məşqçi öldü

Avropa futbolunun əfsanəsi, İngiltərə millisinin sabiq baş məşqçisi Sven-Göran Eriksson 76 yaşında vəfat edib.

KONKRET.az xəbər verir ki, 2001-ci ildə isveçli İngiltərə kişi futbol komandasının ilk əcnəbi məşqçisi olub və David Beckham, Steven Cerrard, Uayne Rooney və Frank Lempard da daxil olmaqla “qızıl nəsil” adlanan oyunçuları yetişdirib. O, karyerası ərzində “Benfika”, “Roma”, “Fiorentina”, “Sampdoriya”, “Latsio” kimi Avropanın bir sıra məşhur klublarını çalışdırıb.

Eriksson 2006-cı il dünya çempionatından sonra İngiltərə millisinin baş məşqçisi postunu tərk edib, daha sonra Meksika və Fil Dişi Sahili, eləcə də İngiltərənin “Mançester Siti” və “Lester Siti” klublarını çalışdırıb.

Rəsmiyyə Şərifova,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*