Əfsanəvi supermodel Naomi Kempbell tamamilə gözlənilməz imicilə təəccübləndirib. Belə ki, “D la Repubblica” jurnalının yeni buraxılışının siması olan model pərəstişkarlarının qarşısına sarışın obrazda çıxıb.
KONKRET.az xəbər verir ki, bununla bağlı kadrlar nəşrin sosial şəbəkə hesabından paylaşılıb.
Paylaşımlar istifadəçilər tərəfindən böyük maraq və heyranlıqla qarşılanıb.
Qeyd edək ki, Naominin özü həmişə görünüşüylə eksperiment etməyi sevdiyini bildirib.//Oxu.az